?Bank Standard?: izçilərinə dəyər verən zirkətlər üçün yeni deposit məhsulu

img

08-02-2011 [12:40]


?Bank Standard? tərəfindən təqdim olunan ?Loyal? depoziti korporativ müştərilər üçün nəzərdə tutulub və şirkətlərin əməkdaşlarını mükafatlandırmaq məqsədi ilə hazırlanıb. Bu depozit məhsulunun əsas cəlbedici xüsusiyyəti kimi onun uzunmüddətli stimullaşdırıcı təsirə malik olması göstərilir. Məhsuldan faydalanmaq istəyən şirkət ?Bank Standard?-la müvafiq əməkdaşlıq müqaviləsi bağlayır. Müqavilə əsasında şirkət banka öz əməkdaşlarının siyahısını təqdim edib onların adına depozit hesablarının açılmasını tapşırır. Həmin hesablar açıldıqdan sonra şirkət onlara müntəzəm şəkildə vəsait əlavə edilir. Depozit hesabları şirkətin istəyinə görə 1, 2 və ya 3 il müddətinə açılır. Müddətin hər növbəti ili üçün daha yüksək faiz dərəcəsi tətbiq olunur. Hesablardakı vəsaitlərin faiz gəlirləri hər ay avtomatik olaraq əsas məbləğə əlavə edilir. Qeyd edək ki, işçinin adına hesab açmaq üçün tələb olunan ilkin məbləğ onun alyıq əmək haqqının minimum 10%-ni təşkil etməlidir. Eyni məbləğ həddi sonrakı aylıq ödənişlərə də aiddir. İlkin ödəniş və sonrakı əlavə məbləğlər şirkətin müvafiq mükafat fondundan köçürülür. Müqavilənin qüvvədə olduğu müddət ərzində bütün depozit hesabları yalnız şirkət tərəfindən idarə oluna bilər. Beləliklə, bir tərəfdən işçilər onların adına hesabların açıldığından və bu hesablara müttəzəm olaraq vəsait artırıldığından xəbərdar olurlar, digər tərəfdən isə həmin hesablar şirkətin nəzarəti altında tutularaq stimulun uzunmüddətli təsiri təmin olunur. İşçilər isə həmin hesablarda toplanmış vəsaitləri almaq haqqını yalnız depozit müqaviləsinin başa çatdığı tarixdə əldə edirlər. Məhsul haqda daha ətraflı məlumatı www.bankstandard.com saytından və ya 158 nömrəsini yığıb ?Bank Standard? məlumat mərkəzinə zəng etməklə almaq olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA