?Parabank? Azərbaycan Mikromaliyyə Assosiasiyasının mükafatına layiq görülüb

img

04-02-2011 [06:33]


Azərbaycanın ?Parabank? ASC Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) tərəfindən mükafatlandırılıb. Bankın baş ofisindən MİA-ya verilən məlumata görə, bank ?Visa İnternational? plastik kartlar üzrə ?Ən innovativ bank məhsulu təqdim etməkdə uğurlu üzv təşkilat? nominasiyası mükafatına layiq görülüb. ?Bu etiraf bizim üçün çox xoş və sevindirici haldır. Çünki bank öz imkanlarını ildən-ilə genişləndirməklə müştəri məmnunluğunun yüksəldilməsini təmin edir?, - deyə Bankın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ramiz Əliyev bildirib. Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan ?Parabank? ASC 1991-ci ildən fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA