Azərbaycanda qızıl hasilatı sahəsində zəffaflığın səviyyəsi öyrənilir

img

04-02-2011 [12:50]


Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası icra etdiyi layihə çərçivəsində qızıl hasilatı sənayesində şəfaflığın səviyysini araşdırır. ?Qızıl hasilatı sənayesində şəffaflıq təşəbbüsünün tətbiqinin ilkin mərhələsinin monitorinqi və digər qeyri neft-qaz sənayesinin MHŞT-yə qoşulması məsələsinə dair vəkillik? istiqaməti üzrə məsul olan MSŞT Koalisiyasının Şura üzvü Sevil Yüzbaşovanın verdiyi məlumata görə, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu tərəfindən maliyyələşən layihənin adıçəkilən istiqaməti üzrə bu vaxta qədər bir sıra tədqiqat işləri aparılıb: ?Biz əsasən Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünün icrası çərçivəsində hökümətin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmalar barədə açıqladığı sayca 12?ci hesabat üzrə tədqiqat aparmışıq. İlk dəfə olaraq bu hesabatlarda qızıl və gümüş hasilatı sahəsində fəaliyyət göstərən yeganə şirkətin - ?Azerbaijan International Mining Company?nin də də məlumatları öz əksini tapib. Məlum olmuşdur ki, bu şirkət ?Gədəbəy? yatağının işləndiyi 1 il ərzində 1,05 min kq qızıl istehsal edib. Ötən 2010-cu ildə "Gədəbəy" qızıl yatağından 67267 unsiya qızıl istehsal olunub ki, bu da proqnozlaşdırıldığından 7267 unsiya çoxdur". S.Yüzbaşovanın sözlərinə görə, layihə işi çərçivəsində dünyada ən böyük qızıl istehsal edən və qızıl ehtiyatlarının yarısına malik olan ölkələr haqqında məlumatlar toplanıb və xarici təcrübə əsasənda müəyyən təlillər aparılıb. Qızıl sənayesi sahəsində yeni texnologiyalar barədə məlumatlar toplandığınl deyən S.Yüzbaşova qeyd edib ki, bütün köklü yataqlardan çıxarılan qızılın emal olunması texnologiyalarında iqtisadi və ekoloji cəhətdən olduqca ciddi çatışmamazdıqlar mövcuddur: ?Bu gün problemin həlli üçün mühüm olan əsas məsələ mərkəzdənqaçma konsentratlarla işləyən avadanlığın və texnalogiyanın işlənib hazırlanmasıdır?. S.Yüzbaşova qızıl hasılatı sənayesindəki vəziyyətə dair xüsusi veriliş hazırlanacağını da bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA