Heyvandarlıqda əsas çətinliklər və prioritetlər arazdırılır

img

03-02-2011 [04:06]


İsveçrənin HEKS-EPER və Aqro İnformasiya Mərkəzinin (AİM) İsveçrə dövlətinin maliyyə dəstəyi ilə həyata keçirdiyi ?Kənd İnkişaf Layihəsi?nin tədqiqat mərhələsi başa çatıb. Layihənin məqsədi Ağcabədi və Beyləqan rayonlarda fəaliyyət göstərən heyvandarlıqla məşğul olan aztəminatlı fermerlərin bazara çıxışını təmin etmək və onların həyat şəraitinin yaxşılaşdırılmasıdır. Bu gün AİM-in Ağcabədi ofisində tədqiqatın yekunları ilə bağlı tərəflərin məlumatlandırılması ilə əlaqədar təqdimat keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyəti, bələdiyyə, süd emalı zavodları nümayəndələri, fermerlər və kənd təsərrüfatı mütəxəssisləri iştirak etmişlər. Tədqiqat çərçivəsində mütəxəssislər tərəfindən araşdırmalar və pilot layihələri həyata keçirilmişdir ki, burada da əsas məqsəd bazar sisteminin əsas problemlərini öyrənmək və onların əsas problemlərini müəyyənləşdirmək olmuşdur. Bildirilmişdir ki, AİM və AAC təşkilatlarının 3 ay ərzində apardığı araşdırmlar 3 istiqamətdə olmuşdur: heyvan və quş bazarlarının bazar sistemi analizi, xidmət təchizatçıları araşdırması və gender analizləri. Bunun üçün rayon İcra hakimiyyətlərləri ilə əməkdaşlıqla 40 kənd seçilmişdir. Araşdırmada 1357 nəfəri fermer (qadın və kişi) olmaqla ümumilikdə 1541 tərəfdaş iştirak etmişdir. Kənddən kənarda aparılan sorğuya 2 baytarlıq şöbəsi, 5 yerli süd zavodu və 12 ticarətçi cəlb edilmişdir. Tədqiqat zamanı fermerlərin iqtisadi vəziyyəti araşdırılıaraq təhlil edilmişdir. Məlum olmuşdur ki, heyvandarlıqda əsas problemlərdən biri məhsuldarlığın zəif olmasıdır ki, bunun da əsas səbəbi kimi düzgün olmayan bəsləmə və cins tərkibi göstərilir. Cins tərkibi ilə bağlı zəif süd məhsuldarlığı, qısa laktasiya dövrləri və doğulan buzovlar arasındakı müddətin uzunluğu təsərrüfatlarda müşahidə edilən ümumi problemlərdəndir. Yerlərdə Süni Mayalanma (SM) xidmətləri mövcud olsa da toxum növlərinin məhdudluğu və bir çox hallarda uğursuz nəticələr müşahidə edilir. Yemləmədə ucuz, ancaq keyfiyyətli və qüvvəli yem ehtiyacının olduğu görünür. Satış və emala gəldikdə isə, məlum olmuşdur ki, istehsal müəssisələrinin təsərrüfatlar tərəfindən ət və süd məhsulları ilə bağlı təchizat kanalları yaxşı təşkil olunmuşdur. Lakin xüsusilə süd sahəsində zəif istehsal bacarıqlarına görə respondentlər bu ehtiyacı qarşılaya bilmirlər. Tələb olunan məhsulu təmin edə bilmək üçün, məhsuldarlıq gücünü artırmaq və bazar üçün daha çox məhsul istehsal etmək lazımdır. KİL, tərəfdaşların məlumatlandırılması ilə yanaşı araşdırmaların nəticələrini və mümkün müdaxilə sənədlərini dövlət qurumları (Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, İcra Hakimiyyəti orqanları) ilə də müzakirə edərək, bundan sonra İsveçrə İnkişaf və Əməkdaşlıq Korporasiyasının nümayəndələri ilə birgə 2011-2012-ci illərin planlaşdırılmasına başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA