Əmlak sektorunda qiymət azalmaları davam edəcək

img

31-01-2011 [04:34]


2010-cu ildə Bakıda 26 hündür binanın təməli qoyulub. Mənzil tikinti bazarına 5 şirkət daxil olub. Nəticədə bazarda tikinti şirkətlərinin sayı 155-ə çatıb. Bununla belə ötən il ilkin mənzil bazarında aktivlik aşağı olub. Buna səbəb isə təklifin tələbi üstələməsi, qiymətlərin hələ də yüksək həddə olması, sənədləşməyən binaların ipotekaya cəlb edilməməsi və s olub.. Bu arada müqayisə üçün bildirək ki, 2009-cu ildə Bakı şəhərində 1 binanın da özülü qoyulmamışdı. Diqqəti çəkən isə 2009-cu illə müqayisədə 2010-cu ildə tikinti şirkətlərinin sayının azalmasıdır. Belə ki, 178 tikinti təşkilatından ötən il 150-si fəaliyyət göstərə bilib. 5 şirkət isə bazara yeni daxil olub. Ümumiyyətlə bu sektorda böhran başlayandan 100-dən artıq tikinti şirkəti bazarı tərk edib. Hazırda bazarda fəaliyyət göstərən iri şirkətlər də tikdikləri mənzilləri satmaq problemləri ilə üzləşiblər. Məsələn 2010-cu ildə bazara çıxarılan yeni tikililərin 80%-də sonuncu mərtəbələr sarılmayıb. İqtisadçı-alim Vuqar Bayramov 2011-ci ildə tikinti sektorunda durğunluğun qalacağının gözlənildiyini deyir. Onun sözlərinə görə, bu birbaşa bazardakı tələbatla bağlıdır: ?Belə ki, bu sektorda artım müşahidə edilmədikdə canlanma da baş vermir. Tikinti sektorundakı durğunluq əmlak bazarında qiymətlərə təsir göztərməkdədir. 2011-ci ilin birinci yarısında qiymət azalmalarının davam edəcəyi gözlənilir?. V.Bayramov bildirir ki, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi bazarda tələbatın azalmasına gətirib çıxarıb: ?Alıcılıq qabiliyyətinin düşməsi yalnız ölkə daxilində yaşayan insanların alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlı deyil. Bu həm də Azərbaycandan kənarda yaşayan, mənzilə tələbat yaradan həmyerlilərimizin məzilə tələbat yaratmamalarından irəli gəlir. Nəzərə alsaq ki, böhrandan əvvəl Bakıda satılan mənzillərin 65 faizi Rusiyada yaşayan azərbaycanlılar tərəfindən alınırdı. Artiq Rusiyada yaşayan həmyerlilərimiz paytaxtda mənzilə tələbatı formalaşdırmırlar.Əksinə onların bir qismi Bakıda sahib olduqları mənzillərin satışını həyata keçirirlər. Bu da Rusiyada biznesin zəifləməsindən qaynaqlanır?. İqtisadçı qeyd edir ki, son azalamalara baxmayaraq mənzillərin qiyməti hələ də yüksək olaraq qalmaqdadır: ?Bakıda mənzillərin qiyməti əksər Mərkəzi Şərqi Avropa ölkələrinin paytaxtları ilə muqayisədə bahadır. Bakıda mənzillərin qiymətləri süni qiymətlər kimi qiymətləndirilə bilər. Süni qiymətlər, tələbatın aşağı düşməsi əmlak bazarında qiymətlərin azalmasını stimullaşdıracaq. O baxımdan 2011-ci ildə bazarın bu seqmentində qiymət azalmaları davam edəcək. Hansıki bu amil və tələbatın artmaması tikinti sektorunda canlanmanı əngəlləyəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA