Azərbaycanda daha bir bankın lisenziyası ləğv edildi

img

28-01-2011 [01:06]


Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə fəaliyyətdə olan ?Birlikbank?ASC-nin lisenziyası ləğv edilib. Mərkəzi Bankın mətbuat xidmətindən verilən məlumata görə, ?Birlikbank? ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 30.06.1993-cü il tarixli, 154 saylı lisenziya ?Banklar haqqında? Azərbaycan Respublikası Qanununun 16.1-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.18-ci maddələrinə əsasən ləğv olunub. Həmin qərarla ?Birlikbank? ASC-yə müvəqqəti inzibatçı təyin edilib. Müvəqqəti inzibatçı bankın yerləşdiyi müvafiq ünvanda fəaliyyət göstərir (Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23). Qeyd edək ki, 28 yanvar 2011-ci il tarixinə respublikada 44 bank fəaliyyət göstərir ki, onlardan 1-i dövlət, 43-ü isə kommersiya bankıdır. Xatırladaq ki, 2010-cu ilin dekabrın 2-də AMB həmçinin "Debütbank" ASC-yə və ?Kövsərbank? ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyaları ləğv edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA