Ötən il tikinti materiallarının qiymətləri 36.6 faiz artıb

img

25-01-2011 [03:26]


Ötən il ərzində ?Əmlak Bazarı iştirakçıları? İctimai Birliyi monitorinq qrupunun tikintinin əsas çəkisini təşkil edən 38 adda 88 növdə materialın qiymət araşdırmasını apardığı monitorinqin nəticələrinə görə, il, ölkə üzrə tikinti m?t?ri?ll?rı b?z?rlarınd? bəzi tikinti materiallarının qiymətlərində xaotik dəyişkənliklərlə yadda qalıb. Birliyin mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə tendensiyaya gəldikdə isə, 2009-cu ilin sentyabr ayında baş verən kəskin qiymət artımı 2010-cu ilin mart ayınadək tədricən düşməyə başlayıb. Mövsümə uyğun olaraq aktivliyin artması mart ayından I yarımilliyin sonunadək davam edib. Tikinti materialları bazarında yay aylarında müşahidə edilən passivlik nisbi qiymət azalması ilə nəticələnsə də, avqust ayında yenidən qiymət artımları baş verib və 2010-cu ilin II yarımilliyi demək olar ki, nisbi dəyişikliklərlə, ümumilikdə isə stabil olaraq başa çatıb. İl boyu fərdi tikinti ilə məşğul olan müştərilərin və dövlət əhəmiyyətli layihələrin hesabına tikinti sektorunda cüzi canlanma hiss olunsa da, 2006-2007-ci illərdəki aktivlik müşahidə edilməyib. Təbii ki, bunu həm ölkə üzrə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan tikinti şirkətlərinin 4-5 il əvvəlki dövrlə müqayisədə azalması, həm də qiymət artımı ilə əlaqəndirmək mümkündür. Nəticədə il ərzində b?z?rd? f?rm?l?ş?n ?rt? qiymətlərin dəyişməsi ötən 2009-cu illə müqayisədə 36,6 faiz artımla yadda qalıb. Bazarda orta qiymətlər əgər ilin I yarısında 14,4 faizə qədər artmışdırsa, bu göstərici ilin II yarısında 22,2 faiz səviyyəsinə qalxıb. Əsas qiymət artımı bazarın çəkisini təşkil edən idxal və yerli məhsullar üzrə dəmir və taxta məmulatlarında hiss edilib. Daş, qum, çınqıl kimi qeyri-filiz məmulatları, o cümlədən sement, zamaska, plastik məhsullar və s.-nin də daxil olduğu digər məhsullar üzrə isə il boyu qiymət hədlərini qoruyub saxlaya biliblər. Qiymət indeksi 2009-cu ilin orta qiymət göstəricisi olan 109,7 bəndinə qarşı, 2010-cu ildə 149,7 bəndinədək yüksələrək 156,1 səviyyəsində qərarlaşıb. 2010-cu il ərzində ar?şdırıl?n məhsull?r üzrə r?spublik?mızd? ist?hs?l ?lun?n m?ll?rın ümumi həcmdə p?yı orta göstərici ilə 76,5 faiz təşkil ?dib. Qiymət fərqinə gəldikdə isə il ərzində daxili və xarici istehsal materiallarında bu göstərici müxtəlif templə dəyişib. Belə ki, xaricdən gətirilən tikinti materiallarında orta qiymət artımı 16,7 faiz olduğu halda, ölkədaxili istehsal olan tikinti materiallarında bu rəqəm 19,9 faiz təşkil edib. İlboyu davamlı aparılan müşahidələr göstərdi ki, idxal məhsullarında olan qiymət artımı idxal ölkələrində baş verən proseslərlə (meşə yanğınları nəticəsində yaranan qıtlıq, vaqon qıtlığı, inflyasiya və s.) birbaşa əlaqəli olsa da, daxili istehsal məhsullarına qiymət artımının yüksək olması ölkədaxili inflyasiya və maya dəyərini təşkil edən xərc maddələrinin artması ilə bağlı olub. Tikinti materialları bazarının aktivliyi 2009-cu il ilə müqayisədə 7,6 faiz aşağı olub və bu göstəricinin əksər hissəsi əsasən ilin II rübündə müşahidə edilib. Açıq bazarlarda satış obyektlərinin sayında 7,9 faiz artım olsa da, ilin sonuna doğru onların satış portfelində payları azalmış və bu azalma həm iştirakçıların saylarının azalması, həm də ümumən satış portfelinin özünün azalması ilə bağlı olub. 2010-cu ilin dekabr ayı istər aktivlik, istərsə də qeyd etdiyimiz qiymət baxımından passivliklə müşahidə olunub. Noyabr ayı ilə müqayisədə qiymət artımı 0,3 faiz artım qeydə alınıb. Qiymət fərqi rübün əvvəlinə nisbətdə 1,1 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 23,4 faiz artımla yadda qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA