?Bank of Azerbaijan? Gəncədə yeni filialını açıb

img

24-01-2011 [01:13]


?Bank of Azerbaijan? filial şəbəkəsinin optimallaşdırılması siyasətini davam etdirir. Bankın mətbuat xidmətindən verilən məlumata görə, bankın Gəncə şəhəri, Atatürk prospekti, 261 ünvanında yerləşən filialı fəaliyətə başlayıb. "Gəncə" filialı müştərilər üçün olduqca rahat yerdə yerləşir. Yeni filial regionun əhalisinə əmanətlər, müxtəlif növ kreditlər, hesablaşma-kassa və valyuta dəyişmə əməliyyatları, plastik kartlarla əməliyyatlar, təcili pul köçürmələri kimi bütün növ bank məhsulları və xidmətlərindən faydalanmağı təklif edir. Ümumiyyətlə, əhalinin rahatlığı naminə çalışan ?Bank of Azerbaijan?, gələcəkdə də əhalinin sıx yerləşdiyi yerlərdə öz filiallarının açılışını davam etdirəcək. 2011-cı ildə bankın Azərbaycanın ayrı - ayrı reqionlarında 4 yeni filial və 4 yeni şöbəsinin açılması planlaşdırılır. Qeyd edək ki, bankın uzunmüddətli inkişaf strategiyasında filial şəbəkəsinin genişləndirilməsi, mühüm istiqamətlərdən birini təşkil edir. Hazırda bankın 16 filialı ("Gəncə" filialı daxil olmaqla) və 1 şöbəsi fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA