?flydubai? Banqladezin çittaqonq zəhərinə və Səudiyyə Ərəbistanının Əl Qassım vilayətinə uçuzlara bazladı

img

21-01-2011 [04:55]


Dubayın ilk qənaətcil hava yolları olan ?flydubai? şirkəti Banqladeşin Çittaqonq şəhərinə ilk uçuşunu edib. Əl Qassım isə ?flydubai? şirkətinin 31-ci təyinat məntəqəsi olmaqla yanaşı, Əbha və Yanbudan sonra Səudiyyə Ərəbistanına açılan üçüncü marşrutdur. 30-cu təyinat məntəqəsi olan Çittaqonqun Şah Amanat Beynəlxalq Aeroportuna ?flydubai? şirkətinin ilk reysini xüsusi nümayəndə heyəti qarşılayıb. ?flydubai? şirkətinin Baş Əməlliyyat Direktoru Həməd Obaydulla da ilk reyslə Banqladeşə gəlib. Qonaqları qarşılayan xüsusi nümayəndə heyətinin tərkibinə Banqladeş parlamentinin üzvü, Mülki Aviasiya Məsələləri üzrə Komitənin sədri Müşərrəf Hüseyn, vilayət rəhbəri Siracul İslam Xan, Çittaqonq şəhərinin rəhbəri Foyüz Əhməd, aeroport rəsmiləri və biznes nümayəndələri daxil olublar. ?Belə bir qısa müddət ərzində təyinat məntəqələrimizin sayının 30-a çatdırılması ?flydubai? şirkəti üçün böyük nailiyyətdir və mən bu məqamı qeyd etmək üçün burda olmaqdan qürür duyuram? deyə Obaydulla bildirib. ?2011-ci ildə bizim qeyd ediləsi çox səbəbimiz olacaq, çünki biz öz inkişafımızı davam etdirəcəyik və sərnişinlərimizə daha tez-tez və müxtəlif yerlərə səyahət etmək imkanı yaradacağıq? deyə o bildirib. ?Çittaqonqa uçuşlar mart ayından etibarən gündəlik olaraq həyata keçiriləcək və bu, sərnişinlər üçün daha geniş səyahət imkanları yaradacaq? deyə o əlavə edib. Əl Qassıma uçuşların başlanılmasını şərh edən ?flydubai? şirkətinin Baş Direktoru Qeyt əl Qeyt bildirib: ?Səudiyyə Ərəbistanı vacib bazardır və bu ölkənin 3 fərqli şəhərinə uçuşlar etmək imkanı həm ?flydubai? şirkəti, həm də regiona səfər etmək istəyən sərnişinlər üçün əhəmiyyətli hadisədir?. ?flydubai? şirkəti Dubaydan Çittaqonqa həftədə 4 dəfə, bazar ertəsi, çərşənbə, cümə və bazar günlərində uçuşlar edəcək. 2011-ci il martın 27-dən başlamaqla ?flydubai? şirkəti gündəlik uçuşlar həyata keçirəcək. Dubaydan Çittaqona bileti qiyməti 126 ABŞ dolları, Çittaqonqdan Dubaya isə biletin qiyməti 200 ABŞ dolları təşkil edəcək. Dubaydan Əl Qassıma uçuşlar həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günlərində həyata keçiriləcək. Dubaydan Əl Qassıma biletin qiyməti 123 ABŞ dolları, Əl Qassımdan Dubaya isə 127 ABŞ dolları təşkil edəcək. Çittaqonqa və Əl Qassıma biletləri şirkətin İnternet səhifəsindən (www.flydubai.com), telefon mərkəzi və ya səyahət agentlikləri vasitəsilə sifariş etmək olar. ??flydubai? şirkətinin modeli sadədir. Sərnişinlər yalnız əldə etmək istədikləri xidmətə görə pul ödəyirlər. Biletin qiymətinə bütün vergilər və çəkisi 7 kiloya qədər olan əl yükü və noutbuk üçün kiçik çanta daxildir. ?flydubai? şirkəti Dubayın Beynəlxalq Aeroportunun şimalındakı modernləşdirilmiş 2 saylı terminalda fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA