Bank of Baku 10 000-ci əmanətini rəsmiləzdirdi

img

19-01-2011 [01:01]


Ötən həftə Bank of Baku 10 000-ci əmanətini rəsmiləşdirdi. Yubiley əmanətinin sahibi cari il, yanvar ayının 11-də Bank of Baku-nun Baş İdarəsinə müraciət edən Elman Şabanov oldu. Əlamətdar hadisə ilə bağlı Bank of Baku-nun əməkdaşları 10 000-ci əmanətçiyə təntənəli şəkildə xatirə hədiyyələrini təqdim edib onu təbrik etdilər. Hal-hazırda E.Şabanov restoran sahəsində çalışır, ailəlidir, bir oğlan övladı var. Müsahibə zamanı, ?Necə oldu ki, öz seçiminizi məhz Bank of Baku-da dayandırmağı qərarlaşdırdınız?? sualına xoşbəxt müştərimiz belə cavab verdi: - Sözün düzü, istəyirdim ki, əlimdə olan pulu artırım. İlk olaraq Bank of Baku-ya gəldim, əmanəti hansı şərtlərlə yerləşdirə biləcəyimi öyrəndim. Vacib hesab etdiyim bütün şərtlər, demək olar ki, bankın təqdim etdiyi əmanət növündə var. Buna görə də çox fikirləşmədən banka qayıtdım, öz növbəmin çekini apparatdan alanda isə bank əməkdaşları xəbər verdilər ki, mən Bank of Baku-nun 10 000-ci əmanətini yerləşdirən müştərisiyəm. Çox sevindim! Ümumiyyətlə, düşünürəm ki, pulları evdə saxlamaqdansa, onları banka yerləşdirmək daha etibarlı və məqsədəuyğundur. Mənim Bank of Baku-ya böyük etibarım var, atam da Bank of Baku-nun müştərisidir, bankdan müəllimlər üçün kampaniya çərçivəsində kredit götürüb. İndi fikrimdə var ki, bu yaxınlarda Bank of Baku-ya daha bir əmanət yerləşdirim, bu dəfə 5 il müddətinə. Banka öz təşəkkürlərimi bildirirəm və arzu edirəm ki, Bank of Baku?nun əmanətçilərinin sayı gündən-günə artsın! Beləliklə, 10 000-ci əmanəti yerləşdirən E.Şabanova Bank of Baku tərəfindən bir sıra üstünlüklər şamil edildi: 1 il müddətinə yerləşdirdiyi əmanət üzrə faiz dərəcəsi - illik 100% olaraq tətbiq edildi, 1 il müddətinə MC Gold növlü plastik kartı (sığorta məbləği tətbiq edilmədən və xidmət haqqı ödənilmədən), 6 ay müddətinə SMS Bankinq və 1 il müddətinə İnternet Bankinq xidmətlərinə pulsuz qoşulmaq imkanı Qeyd edək ki, müştərilərinə daha da yaxın olmaq məqsədilə Bank of Baku daim məhsul xəttinin və xidmət səviyyəsinin inkişafı üzərində çalışır. Hal-hazırda Bank of Baku ?Hər saniyə əmanətinizi GƏLİRƏ çevirirk!? şüarı altında bütün təbəqələri əhatə edən müştərilərinə sərfəli, çevik və müxtəlif şərtləri və üstünlükləri özündə birləşdirən 2 əmanət məhsulu təklif edir: ?Çevik? və ?Dinamik?. Bu depozitlərin bir sıra üstünlükləri var: çıxarılan əmanətə yüksək gəlir faizlərini almaq, əmanəti artırmaq və ya azaltmaq, məbləğindən asılı olaraq pulsuz Visa Deposit və ya Visa Gold kartını almaq, əmanət məbləğinin 80%-dək kredit almaq imkanı və s. Xatırladaq ki, 01.01.2011-ci il tarixinə olan göstəricilərə əsasən Bank of Baku-nun əmanətlərinin xeyli artımı müşahidə olunur: 2010-cu ilin analoji göstəricisi ilə müqayisədə bankın depozit portfeli 35% genişlənərək 187 990 min AZN təşkil edib. O cümlədən, əhalinin müddətli depozitləri 84% artaraq 127 782 min AZN təşkil edib, bu isə Bank of Baku-nun əmanətçilərinin etibarının yüksək dərəcədə olmasının parlaq göstəricisidir. Bank of Baku-nun təqdim etdiyi əmanət məhsulları haqqında daha ətraflı bankın Məlumat Mərkəzində 145 nömrəli telefon vasitəsilə və ya bankın www.bankofbaku.com veb-saytından öyrənmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA