Subsidiyaların verilməsi qaydalarına dəyizikliklər gözlənilir

img

18-01-2011 [03:39]


Cari mövsümdə buğda və çəltik isehsalçıları 23 milyon manata yaxın vəsait əldə edəcəklər. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına görə, keçən ilki səviyyədən çox, yəni 580 min hektardan çox buğda və çəltik səpini üçün 23 milyon manat vəsait lazımdır. Onu da bildirək ki, yaxın günlərdə subsidiyaların verilməsi qaydalarına dəyişikliklər də gözlənilir. Belə ki, çoxdan aparılan müzakirələrin nəticəsində qaydaların təkmilləşdirilməsinə dair Nazirlər Kabinetinin qərar verəcəyi gözlənilir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri də bildirir ki, məhsul istehsalını stimullaşdırması üçün fermerin sahib olduğu əkin sahəsinə görə subsidiyaların bölüşdürülməsi mexanizmi dəyişdirilməlidir. Hal-hazırda yeganə meyar kimi məhz fermerin sahib olduğu əkin sahəsi götürülür. Bu isə subsidiyalarla fermerlərin istehsal etdiyi məhsul arasında əlaqəni formalaşdıra bilmir. Subsidiyaların həcmi müəyyənləşdirilən zaman fermerin əvvəlki ildə istehsal etdiyi məhsulun həcminin də əsas götürülməsi məqsədə uyğun hesab edilməlidir. Ekspertlər dəyişikliklər zamanı dolayı subsidiyaların tətbiqinə keçidi də vacib hesab edirlər: ?Bu zaman ABŞ-da olduğu kimi Kənd Təsərrüfatı Nazirliyi strateji məhsullar üzrə qiymət tavanı müəyyənləşdirir və əkin mövsümündən sözügedən məhsulları həmin qiymətə alınır. Azərbaycanda da taxıl məhsulları üzrə belə qiymət tavanı müəyyənləşdirilə bilər. Bu fermerlərə öz xərc və gəlirlərini qabaqcadan hesablamağa və proqnozlaşdırmağa imkan verməklə yanaşı strateji məhsulların istehsalını artırar?. İSİM mütəxəssisləri taxıl və pambıq yığımına nail olmaq üçün subsidiya xərclərini müvafiq olaraq 1,5-2 dəfə artırılmasını da təklif edirlər. Onların fikrincə, taxıl əkini üçün 120 manat, pambıq becərilməsi üçün isə 80 manat subsidiya verilsə, bu, onların yanacaq xərclərinin tam ödənilməsinə imkan yaradacaq: ?Hesablamalara görə, taxıl əkən fermerlərə yanacaq xərci üçün əlavə 32 manat verilsə, bu istiqamətdə olan xərclər tam ödənilər. Burada əsas məqsəd ondan ibarətdir ki, taxıl əkini ilə məşğul olan fermerlərin gəliri xərcindən çox olsun. Bu məbləği hesablayan zaman dünya bazarında qiymət dəyişikliyi də nəzərə alınıb?. Ekspertlər subsidiyaların verilməsinə nəzarətin gücləndirilməsini də vacib sayırlar: ?Ötən il Maliyyə Nazirliyi subsidyaların verilməsində nöqsanların və bir sıra rayonlarda yerli icra hakimiyyəti orqanlarının müdaxiləsinin olduğunu aşkara çıxardı. Belə nöqsanlar məhz subsidiyaların əhəmiyyətini və onların aqrar sektora pozitiv təsirlərini azaldır. Buna görə də, subsidiyaların verilməsin nəzarətin gücləndirilməsi və bu yardımların verilməsi üzrə qaynar xəttin formalaşdırılmasına ehtiyac var. O cümlədən subsidiyaların verilməsi üzrə formalaşdırılan komisiyalara vətəndaş cəmiyyəti üzvlərinin|ekspertlərin cəlb edilməsi yaxşı olar. Tədqiqatlar göstərir ki, fermerlərin əkin sahələrinin və eləcə də strateji və ya staretji olmayan məhsul istehsalının qiymətləndirilməsində ciddi nöqsanlar var. Bir sıra hallarda əkin sahələrinin həcmi real mövcud olandan daha çox göstərilir, bəzi hallarda starteji məhsul istehsal edilməyən sahə strateji məhsul istehsalı kimi sənədləşdirilir və bu da subsidiyaların verilməsində nöqsanların yaranmasına səbəb olur. Vətəndaş cəmiyyəti nümayəndələrinin komisiyalarının tərkibinə daxil edilməsi bu sahədə şəffaflığın güclənməsində yardım edə bilər?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA