Daxili bazarda 470 kq yararsız mallar azkarlanıb

img

10-01-2011 [05:47]


Ümumi çəkisi 470 kiloqramdan artıq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub və satışdan çıxarılaraq məhv edilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı aşkar edilib. Bakının Xətai rayonunda Nobel prospekti, ev 72 ünvanında Aynurə Həsənovaya məxsus mağazada; Xocalı küçəsi, 19 ünvanında Sahib Mirzəyevə məxsus mağazada; S.Ə.Şirvani küçəsində yerləşən ?Ailəvi market?də və ?Elvin market?də; S.Ə.Şirvani və M.Rüstəmov küçələrinin kəsişməsində, mənzil 9 ünvanında Vüqar İmanova məxsus mağazada; M.Rüstəmov küçəsində Sevinc Rəhimovaya və Şəfiqə Muxtarovaya məxsus mağazalarda;  Binəqədi rayonunda Binəqədi şosesindəki ?Fikrət Qüdrət market?də və Murad Cəfərova məxsus mağazada; Xırdalan şosesində yerləşən ?Cavid market?də; Biləcəri qəsəbəsi, Natəvan küçəsi, ev 12 ünvanındakı ?Səbuhi market?də; Biləcəri qəsəbəsi, məhəllə 50/57/68 ünvanında Əhəd Ramazanova məxsus mağazada; A.Gəraybəyli küçəsi, ev 37 ünvanında Mərdan Azadəliyevə məxsus mağazada; Nəsimi rayonunda M.Kazımovski küçəsi, ev 13 ünvanında yerləşən ?Al-Vadi market?də; Şirvan şəhərində Xəqani küçəsi, 20 ünvanında Məmməd Hümbətova məxsus mağazada; Tərtər rayonunda Nizami küçəsində Bahar Səmədovaya məxsus mağazada; Quba rayonunda Digah kəndində Adil Mirzəxanova məxsus mağazada; qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA