2011-ci ildə büdcəmizin gəlirləri 12 milyard 61 milyon manat olacaq

img

07-01-2011 [12:49]


2011-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri 12 milyard 61 milyon manat proqnozlaşdırılır. Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 4 milyard 420 milyon manat daxilolmalar nəzərdə tutulur. Dövlət Gömrük Komitəsi üzrə isə dövlət büdcəsinə 1 milyard 120 milyon manat gəlir proqnozu nəzərdə tutulub. Bu, 2010-cu illə müqayisədə 20 milyon manat çoxdur. Digər mənbələrdən dövlət büdcəsinə 6 milyard 521 milyon manat vəsait daxil olacaq. Bunun 6 milyard 480 milyon manatı Dövlət Neft Fondunun, 41 milyon manatı sair daxilolmaların payına düşür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA