Bank of Baku dövlət proqrami ilə ipotekanın verilməsinə yenidən bazlayır

img

07-01-2011 [11:59]


Bu gün mənzil şəraitinin yaxşılaşdırılma məsələsi Azərbaycan vətəndaşlarının bir çoxu üçün çox aktualdır. Əhalinin ehtiyaclarını nəzərə alaraq Bank of Baku ASC insanlara ipoteka vasitəsilə mənzil məsələsini həll etməyə kömək məqsədilə çıxış edir. İstehlakçıların tələbatlarının maksimal dərəcədə ödəməsi üçün Bank of Baku dövlət proqramı çərçivəsində Azərbaycan ipoteka fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsinə yenidən başlayır. Bank of Baku-da ipoteka kreditinin şərtləri: ? ərizəçinin yaşı ? 18 yaşdan pensiya yaşına qədər (kredit öhdəliyinin sonuncu ödəniş tarixinə qanınlar üçün ? 60, kişilər üçün isə 63 yaşa qədər) ? ərizəçinin iş yeri ? Bakı şəhərində yerləşən və sabit maliyyə durumu olan özəl/dövlət müəssisələri ? məbləğ ? maks. 50 000 AZN ? müddət - 25 ilə qədər ? əvvəlcədən ödəniş ? mənzilin qiymətinin min. 20% ? faiz dərəcəsi - 8% illik ? maaşa tələb - maaş (birgə borc alanların maaşı) aylıq kredit ödənişinin 143%-dən çox olmalıdır ? kredit yalnız Bakı və Xırdalan şəhərlərində, həmçinin, bankın filial şəbəkəsi təqdim olunan regionlarda ilkin və təkrar mənzilin alınması üçün ayrılır ? təminat - alınan ev (alınan ev yeni tikilidə olduqda isə Bakı və Xırdalan şəhərlərində, həmçinin, bankın filial şəbəkəsi təqdim olunan regionlarda yerləşən digər ev) İpoteka kreditinin alınması üçün banka təqdim olunmalı sənədlərin siyahısı http://www.bankofbaku.com/az/mortgage-lending-government-program.html ünvanında yerləşdirilib. Sənədlərin baxılması və kreditin rəsmiləşdirilməsi qısa zaman ərzində həyata keçirilir. İlkin mərhələdə ipoteka krediti Bank of Baku-nun Atatürk pr., 42 ünvanında yerləşən xidmət qurumunda verilir. Xatırladaq ki, 2010-cu ilin iyul ayından etibarən Bank of Baku daxili ipoteka kreditləşməsi proqramı çərçivəsində əhaliyə ipoteka kreditlərinin verilməsinə start vermişdir. Bank of Baku-da ipoteka kreditinin alınması və bunun üçün tələb olunan sənədlər haqqında daha ətraflı bankın www.bankofbaku.com veb-saytında və ya Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə almaq olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA