?Qara bazarda? çeklərin alqı-satqısı davam edir

img

06-01-2011 [03:16]


Azərbaycanda özəlləşdirmə paylarının istifadə müddəti başa çatsa da ?qara bazarda? çeklərin alqı-satqısı davam edir. Xatırladaq ki, 1996-ci ildən bu tərəfə özəlləşdirmə prosesi çərçivəsində 25,5 milyona yaxın dövlət özəlləşdirmə çeki silinib. Bu da dövriyyəyə buraxılmış ümumi çeklərin təxminən 80 faizini təşkil edib. Hazirda 6 milyona yaxın özəlləşdirmə çekinin dövriyyədə olduğu deyilir. Onu da bildirək ki, ümumilikdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. Qanunvericiliyə uyğun olaraq 1997-ci il yanvar ayının 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Dövlət özəlləşdirmə çeklərindən daha geniş istifadənin təmin olunması məqsədi ilə onların tədavül müddəti bir neçə dəfə uzadılıb. Belə ki, ölkə prezidentin müvafiq fərmanları ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılmışdı. 23 dekabr 2009-cu il tarixində imzalal fərmanla sonuncu dəfə çeklərin tədavül müddəti uzadılıb.2010-cu il isə son tarix kimi qeydə alınıb. Bununla belə Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanda özəlləşdirmə çeklərinin istifadə müddətinin başa çatmasından sonrakı dövr üçün yeni özəlləşdirmə mexanizmləri müəyyənləşdirilib. Komitədən deyilir ki, prezidentin ?Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi barədə? 22 iyun 2010-cu il tarixli Fərmanına əsasən yaradılan yeni mexanizmlər özəlləşdirmə paylarının (çeklərin) müddəti başa çatandan sonra əhalinin özəlləşdirmədə iştirakını təmin edəcək. Bu dəyişikliklər həm səhmdar cəmiyyətlərinin səhmlərinin güzəştli satışı, pul və ixtisaslaşdırılmış çek hərracları, həm də kiçik müəssisələrin özəlləşdirilməsi prosesini əhatə edir. İqtisadçı-alim Vüqar Bayramov bildirir ki, çeklərin alqı-satqısının hələ də davam etməsi əhalidə özəlləşdirmə paylarından istifadə müddətinin uzadılacağı ilə bağlı inamın olması və eləcə də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı dövlət proqramına hər hansı əlavə və dəyişikliyin olunmaması ilə əlaqədardır: ?Əmlak Məsələləri Dövlət Komitəsi cari ildə çek hərraclarının keçirilməyəcəyi barədə açıqlama yayıb. Əslində, komitə uzun müddət az sayda çek hərracları təşkil edib. Təşkil olunan çek hərraclarının əksəriyyəti isə Bakıda deyil rayonlarda keçirilib. O baxımdan dövriyyədə olmasına baxmayaraq 2010-cu ildə də özəlləşmə paylarından geniş şəkildə istifadə etmək mümkün olmayıb. Bu isə birbaşa çek hərraclarının keçirilməməsi ilə bağlı idi?. V.Bayramov istifadə müddəti uzadılmadığından indiki halda özəlləşdirmə paylarından isitifadəni mümkün saymir: ?Ölkə prezidentinin imzaladığı ?Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi barədə? 22 iyun 2010-cu il tarixli Fərmanı özəlləşdirmə paylarının müddəti başa çatandan sonra əhalinin özəlləşdirmədə iştirakına imkan verir. Lakin konkret olaraq vətəndaşların özəlləşdirmə prosesində hansı formada iştirak etmə imkanları Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyənləşdirilir. Düzdür, fərmanda vətəndaşların pullu hərraclarda iştirak forması nəzərdə tutulub. Lakin əgər müəsisələrin səhmlərinin bir qismi qapalı hərraclara çıxarılarsa, artıq həmin hərraclarda səhmlərin pulla alınması həyata keçiriləcək. Əmlak Məsələləri Dövlət Komitəsi qapalı hərraclara görə pullu hərraclarlar keçirmək niyyətindədir?. İqtisadçı deyir ki, ?qara bazarda? alqı-satqının davam etməsinə baxmayaraq, özəlləşmə prosesində çeklərdən istifadə mümkün deyil. Onun fikrincə, çeklərdən istifadə müddətinin uzadılması ehtimalları kifayət qədər azdır: ?Adətən belə qərarlar dekabr ayında qəbul edilir. Bununla belə dövriyyədə 6 milyona yaxın çek var. İstər özəlləşmə paylarının alqı-satqısı ilə məğul olanlar, istərsə də çek sahibləri hesab edirlər ki, hər 5 özəlləşmə payından biri istifadə edilmədiyindən 2011-ci ildə yeni mexanizmlər tətbiq ediləcək?. V.Bayramov Əmlak Məsələləri Dövlət Komitəsinin hər hansı mexanizm hazirlayacağını güman etmir. Bildirir ki, müəyyən müddətdən sonra ?qara bazarda? çeklərin alqı-satqısının dayanması müşahidə ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA