icbari tibbi sığortanın tətbiqinə start verildi

img

05-01-2011 [03:35]


Bu ilin yanvar ayının 1-dən icbari tibbi sılğortanın tətəbiqinə başlanılıb. Qeyd edək ki, icbari tibbi sığortanın tətbiqi uzun müddət müzakirə obyekti olmasına baxmayaraq, sistemin tətbiqi bu və digər məsələlərdən gecikirdi. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov deyir ki, ?Tibbi sığorta haqqında? qanun 1999?cu ildə qəbul edilib. Lakin göstərilən ərəfədə ölkə prezidenti icbari tibbi sığortanın tətbiqinin 2005-ci ilə qədər təxirə salınması istiqamətində sərəncam verib: ?.Bu da birbaşa həmin müddətdə əhalinin sağlamlığının qorunması, özəl səhiyyə və tibbi sığorta haqqında yeni qanunların hazırlanaraq qəbul edilməsinin planlaşdırılması ilə bağlı idi?. İqtisadçı 1999-cu ildə qəbul olunan qanunvericilikdə işə götürənin əməkhaqqı fondunun 4 faizi qədər tibbi sığorta ödənişi həyata keçirməsinin tələb edildiyini xatırladır: ?Yeni qanunverciliyə əsasən bütün iş yerləri 14 risk qrupuna bölünüb. Ən riskli yer üçün işəgötürən işçilərin əməkhaqqlarının 2 faizi miqdarında bədbəxt hadisə və peşə xəstəliyindən sığorta ödəməlidir. Yeri gəlmişkən risk azaldıqca faiz də azalır?. Mütəxəssisə görə, icbari tibbi sığortanın tətbiqi uzun müddət tələb etsə də, sisitemlə bağlı bəzi açıq məqamlar var: ?Əvvəla işləməyən əhali üçün icbari tibbi sığortanın ödənilməsi məsələləri tam olaraq dəqiqləşdirilməyib. Hal hazırda söhbət yalnız işəgötürənlərin əməkhaqqı fondunun icbari tibbi sığorta üçün ödənişlərindən gedir?. Məlum olur ki, işləməyən, eləcə də işsiz statusu olan vətəndaşların icbari tibbi sığortasının hansı mənbələr hesabına ödənilməsi kimi məsələlər açıq qalır: ?Bundan əlavə Səhiyyə Nazirliyinin 1 fevral 2008-ci il qərarına əsasən Azərbaycanda səhiyyə xidmətləri pulsuzdur. Belə halda icbari tibbi sığortanın tətbiqini əsaslandırmaq çətindir. Əgər səhiyyə xidməti pulsuzdursa, vətəndaş niyə icbari tibbi sığortadan istifadə etməlidir? İcbari tibbi sığortanın tətbiqindən əlavə icbari tibbi sığortanın qanunvercilik bazasının təkmilləşdirilməsinə, formalaşdırılmasına ehtiyac var. Hansıki, bu bir sıra açıq qalmış məsələlərin problermə çevrilməsinə imkan verməz. Digər tərəfdən Nazirlər Kabineti yanında formalaşdırılan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti də tam bərpa edilməyib. Halbuki, agentliyin yaradılmasından 3 il vaxt keçir?. İSİM rəhbəri icbari tibbi sığortanın tətbiqinə başlamazdan əvvəl sözügedən agentliyin strukturunun tam olaraq formalaşmasını, işlək quruma çevrilməsini vacib sayır: ?Xəstəxanalarda sığorta sənədlərinin qəbulu hələ də problem olaraq qalır. Onun fikrincə, bu xəstəxanalarla sığorta şirkətləri arasında münasibətlərin tam olaraq formalaşmaması, səhiyyə xidmətindən istifadə edən vətəndaşlarla xəstəxanalar arasında sivil münasibətlərin olmamasından irəli gəlir: ?Bəzi hallarda qanunverciliyə zidd olaraq xəstəxanalar sığorta sənədlərini qəbul etmirlər. Xüsusilə nəzərə alsaq ki, dövlət xəstəxanalarında korrupsiya səviyyəsi yüksəkdir, o baxımdan icbari tibbi sığortadan istifadə ilə bağlı problenlərin yaranması mümkündür. Dünya Bankının hesablamalarına görə, Azərbaycanda səhiyyə xərclərinin 70 faizi qeyri rəsmi ödənişlərdir. O baxımdan icbari tibbi sığortanın tətbiqi üçün səhiyyədə qeyri-rəsmi ödənişlərə, korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir?. V.Bayramovun rəyinə görə, bütövlükdə icbari tibbi sığortanın tətbiqi vacib islahat olsa da yaxın zamanlarda bu sistemin səmərəli və təkmil tətbiqi çətin olacaq. Bu da qeyd edilən məsələlərin açıq qamasından, prosesə nə instusional, nə də struktur baxımdan tam hazırlaşmamaqdan qaynaqlanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA