Avtomobil bazarında mövsüm üçün xarakterik olmayan passivlik qeydə alınıb

img

28-12-2010 [01:34]


Azərbaycanda noyabr ayı ərzində avtomobil bazarında mövsüm üçün xarakterik olmayan passivlik qeydə alınıb. Əmlak Bazarı İştirakçıları İctimai Birliyindən verilən məlumata görə, noyabrda müşahidə olunan passivlik ilin yekunu ilə bağlı təklifin kəskin artımı ilə bağlı olub. Noyabr ayında avtomobil bazarında ili köhnə olan avtomobillərin hesabına təklif 43.2% artımla müşahidə olunub. Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında əvvəlki aylarla müqayisədə azalma müşahidə edilib. Noyabr ayı üçün bazarda orta qiymət əvvəlki ayla müqayisədə sabit qalıb və 15209 dollar təşkil edib. Ay ərzində təkrar avtomobil bazarında araşdırma predmeti olan 14400-dən artıq avtomobilin 25,7%-i bazara məhz noyabr ayı ərzində təklif olunub. Digər 74,3%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Bu isə idxalın azalması ilə yanaşı, alıcılıq qabiliyyətinin aşağı düşməsi və tələbin kəskin azalması ilə əlaqələndirilir. Üç ildən artıqdır ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası ?Mercedes-Benz?in təklif üzrə payı oktyabr ayı ilə müqayisədə 22,7% artımla müşahidə edilib, bu markanın ümumi portfeldə payı 34,9% təşkil edib. Ümumilikdə ay ərzində ümumi təklif portfelini formalaşdıran 9 markanın hamısı üzrə təklif artımı qeydə alınıb. Təklif üzrə ən cox artım istismarda olmuş Almaniya istehsallı avtomobillər üzrə qeydə alınıb. Buna baxmayaraq araşdırmalar göstərir ki, ötən aylarda olduğu kimi ?Mercedes-Benz? ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur. Ümumilikdə 9 markanın təklif üzrə payı 85,6% təşkil edib. Yerdə qalan 14,4%-i isə 20-dən artıq şirkətin istehsalı olan 80-dən artıq avtomarka arasında bölünür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA