Bakıda təhlükəli süd məhsulları azkarlanıb

img

27-12-2010 [05:57]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsi, 8 ünvanında Gülbala Qasımzadəyə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı yağlılığı 20 faiz olan xamanın, yağlılığı 9 faiz olan yarımyağlı kəsmiyin və pəhriz kəsmiyinin üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, süd məhsullarının qablaşdırılmasında istifadə olunan bükmə materiallarının müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qanun pozuntuları ilə əlaqədar müəssisənin anbarında satışı dayandırılmış 201,5 kq süd məhsullarından nümunələr götürülərək laborator müayinəyə göndərilib. Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində müəssisədə istehsal edilmiş yağlılığı 20 faiz olan xamanın tərkibində bağırsaq çöpü qrupundan olan bakteriyalar (koliformlar) aşkar edilib. Eyni zamanda, pəhriz kəsmiyinin tərkibində yağın olması (pəhriz kəsmiyinin tərkibində yağ olmamalıdır), yağlılığı 9 faiz olan yarımyağlı kəsmiyin yağlılığının normadan çox, yağlılığı 20 faiz olan xamanın yağlılığının isə normadan az olduğu müəyyən olunub. Aşkar edilmiş pozuntularla əlaqədar süd məhsullarının satışının təxirə salınmadan dayandırılması və insan orqanizmi üçün təhlükəli olan 201,5 kq süd məhsullarının məhv edilməsi barədə Gülbala Qasımzadəyə Dövlət Xidməti tərəfindən icrası məcburi göstəriş verilib və həmin mallar qanunamüvafiq qaydada məhv edilib. Araşdırmalar davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA