?AtaHoldinq? Şirkətlər Qrupu ?Ekologiyanın Dostu? mükafatına layiq görülüb

img

24-12-2010 [03:11]


Gənclər Koalisiyasının ölkə ərazisində keçirdiyi sorğu və monitorinqlər əsasında ?AtaHoldinq? Şirkətlər Qrupu ?Ekologiyanın Dostu? mükafatına layiq görülüb. Şirkətlər Qrupundan verilən məlumata görə, mükafatın təqdimat mərasimi dünən ?Excelsior Hotel Baku? otelində keçirilib. Gənclər Koalisiyasının ölkə ərazində keçirdiyi sorğu əsasında respondentlər ?AtaHoldinq? ASC-nin ekologiyamızın yaxşılaşdırılması sahəsində fəaliyyətini yüksək qiymətləndirib və təşkilat sorğuya əsaslanaraq ?AtaHoldinq? Şirkətlər Qrupuna mükafat təqdim edib. Mükafatı alan İctimaiyyətlə Əlaqələr və Reklam şöbəsinin rəisi Dilarə Zamanova bildirib ki, holdinq gələcək fəaliyyətində də ekologiyanın qorunması və yaxşılaşdırılmasına öz köməyini əsirgəməyəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA