?Bank of Azerbaijan? ən iri regional filialını açdı

img

22-12-2010 [06:03]


?Bank of Azerbaijan? filiallarının optimallaşdırılmasına dair siyasətini davam etdirir. Bankın mətbuat xidmətindən verilən məlumata görə, bunun bariz nümunəsi bu gün Bankın Yevlax şəhərində, Heydər Əliyev prospektində 25A ünvanında yerləşən "Yevlax" filialının açılışı olub. Bu filial ?Bank of Azerbaijan?ın reqional filialları arasında ən irisidir. Filialın sahəsi təxminən 400m2 təşkil edir. Belə ki, yeni filial Yevlax şəhərin mərkəzində, müştərilər üçün olduqca rahat yerdə yerləşir. Sözügedən filialda müştərilərə hesabların açılması, depozitlərin qəbul edilməsi, istehlak kreditlərinin verilməsi, kommunal ödənişlər, ?Azercell?, ?Bakcell?, ?Nar Mobile? danışıqları üzrə ödənişlərin qəbul edilməsi, təcili pul köçürmələri, plastik kartların sifariş edilməsi və verilməsi, mübadilə əməliyyatları və diğər bank xidmətlər göstəriləcək. Ümumiyyətlə, bank gələcəkdə reqionlarda filiallarının açılışını davam edəcək. Ən yaxın günlərdə Bank "Gəncə" şəhərində yerləşən növbəti filialının açılışını planlaşdırır. Qeyd edək ki, bu ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 166,482 milyon manat, kredit portfeli 130,074 milyon manat, depozit portfeli 71,307 milyon manat, məcmu kapitalı 25,378 milyon manat, o cümlədən nizamnamə kapitalı 23,500 milyon manat təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA