Gələn il Azərbaycanda 6 milyon 400 min ton neft emal olunacaq

img

20-12-2010 [11:52]


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə demişdir ki, respublikada benzinin istehlakı ildə 6,1 faiz artır. Bu, ölkəyə idxal olunan avtomobillərin sayının artması ilə bağlıdır. Hazırda Azərbaycanda 1 milyondan çox avtomobil vardır. Bunların əksəriyyəti benzinlə işləyir. D. Məmmədovun sözlərinə görə, bu il Azərbaycanda 6 milyon 180 min ton neft emal edilmişdir. Gələn il bu rəqəmin 6 milyon 400 min ton olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA