Parabank bölgələrdə əhali ilə görüzlər keçirməyi davam edir

img

17-12-2010 [01:01]


Parabank əldə olunmuş nailiyyətlərlə kifayətlənmir. Bu baxımdan bölgələrdə əhali ilə görüşlər keçirməyi davam edir. Bərdə şəhərində Dekabr ayının 17-də və 18-də yeni məhsulları və xidmətləri haqqında əhalini məlumatlandırmaq məqsədi ilə yarmarka keçirməyi planlaşdırır. Dekabrın 17-də açıq hava şəraitində keçiriləcək yarmarkada ?Parabank? ASC-nin Xəzinədarlıq departamentinin direktoru E.Ağayev və İctimaiyyətlə Əlaqə şöbəsinin müdiri R.Əliyevin rəhbərliyi altında Satışın stimullaşdırılması və Keyfiyyətinin artırılması şöbəsinin mütəxəssisləri və filialın peşəkar mütəxəsssisləri əhalini maraqlandıran sualları cavablandıracaqlar.Dekabrın 18-də isə Parabank Bərdə şəhərində qapalı şəraitdə sahibkarlarla görüş keçirməyi planlaşdırır. Onuda qeyd etmək istərdik ki, regionun ən çox oxunan?Bərdə? qəzetində Parabank-ın tarixi, missiyası haqqında ətraflı məlumat yerləşdirilmişdir. Maraqlananlar bu qəzeti almaqla Parabank haqqında qısa məlumat əldə edəcəklər. Qeyd edək ki, Parabank artıq 20 ildir müştərilərə xidmət göstərir və onların planlarının həyata keçirilməsində maliyyə məsələlərində köməklik edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA