Vüqar Bayramov: ?Real illik inflyasiya iki rəqəmli olacaq?

img

15-12-2010 [04:56]


Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri noyabr ayında oktyabr ayı ilə müqayisədə 1,8 faiz artıb. On bir ay ərzində keçən ilin müvafiq dövrünə nisbətən isə qiymətlər 5,5 faiz bahalaşıb. Bu haqda məlumat yayan Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, oktyabr ayına nisbətən noyabr ayında ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,4 faiz, xidmət tarifləri 0,9 bahalaşıb. İlin əvvəlindən keçən vaxt ərzində ərzaq məhsullarının qiymətləri 6,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,2 faiz və xidmət tarifləri 4,7 faiz bahalaşıb. Qiymət artımlarına münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov son noyabr ayından başlayaraq bir sıra məhsulların qiymətində artımların müşahidə edildiyini söyləyir. Onun sözlərinə görə, xüsusilə ət və ət məhsullarının qiymətində son 5 ildə rekord səviyyədə bahalaşma baş verib. Iqtisadçı bildirir ki, 2009-cu ildə bayramların gəlişinin qiymətlərə təsiri minimum olsa da cari ildə situasiya fərqli olub. Bir sıra məhsulların qiymətində artımların davam edəcəyini düşünən mütəxəssis bu da həmin də ərzaq məhsullarına tələbatın artması ilə bağlıdır: ?Balaşmanın digər səbəbi dünya bazarında bəzi məhsulların qiymətində artımlar baş verməsidir. Belə ki, dünya bazarında şəkərin, çayın, düyü və buğda məhsullarının bahalaşması müşahidə edilir. Bu da həmin məhsulların istehsal həcminin aşağı düşməsindən irəli gəlir: Yalnız son 1 ayda dünya bazarında çayın qiyməti 8 faiz artıb. Düyününm qiymətində 6 faiz, buğdanın qiymətində 8-14 faiz təşkil edib. Bazarda rəqabətin məhdud olması isə Azərbaycanda qiymətlərin daha kəskin artmasına zəmin yaradır?. Dövlət Statistika Komitəsinin inflyasiya ilə bağlı hesablamaları ilə razılaşmayan iqtisadçı-alim bildirib ki, illik inflyasiyanın 5 faiz olacağı ilə bağlı proqnozlar reallığı əks etdirmir. Bizim hesablamalar və eləcə də müşahidələr göstərir ki, 2010-cu ildə inflyasiya səviyyəsi 10 faizdən az olmayacaq. Əgər alıcılar nəinki hər ay, hətta hər həftə qiymət artımları müşahidə edirlərsə 2010-cu ildə qiymətlər cəmi 5 necə arta bilər? Təəssüf ki, inflyasiya ilə bağlı aparılan hesablamalar reallığı əsk etdirməməklə yanaşı, qiymət artımlarının səbələrini ört-bastır edir. İnflyasiya səviyyəsinin reallıqdan aşağı göstərilməsi pensiyası illik qiymət artımlarına indeksiya edilən təqaüdçülərin də sosial vəziyyətinə mənfi təsir göstərir. V.Bayramov sözügedən məhsulların bahalaşmasının ölkəyə idxal olunan analoji məhsulların qiymətini artıracağını deyir: ?Yerli istehsalın ərzaq məhsullarında payının aşağı olması səbəbindən idxal bazara böyük təsirlərə malikdir?. Onun sözlərinə görə, bahalaşmanın qarşısını almaq üçün İqtisadi İnkişaf Nazirliyi süni qiymət artımlarına qarşı mübarizəni genişləndirməlidir. Yeri gəlmişkən iqtisadçının fikrincə, artımlar növbəti ildə də davam edəcək. 2011-ci ilin əvvəlində bir sıra sahələrdə qiymətlərin artırılması məsələsi Tarif Şurası tərəfindən müzakirə olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA