?Azəriqaz? dekabrın 20-dən gücləndirilmiz iz rejimində izləyəcək

img

15-12-2010 [11:55]


Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ?Azəriqaz? İstehsalat Birliyi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni İl bayramları münasibəti ilə dekabrın 20-dən gücləndirilmiş iş rejimində işləyəcək. ARDNŞ-dan verilən məlumata görə, ?Azəriqaz? bu rejimdə işini yanvarın 5-dək davam etdirəcək. Həmin müddətdə istehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi üçün İstehsalat Birliyi tərəfindən bütün zəruri tədbirlər həyata keçirilib. Növbəlilik əsasında 24 saat iş rejiminə keçirilməklə bərabər 104 və 185 nömrəli telefonlar da abonentlərin istifadəsində olacaq. ?Azəriqaz? hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün bayram günlərində bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA