Nazirlər Kabineti idxal olunan elmi cihaz, avadanlıqlar gömrük rüsumu və ƏDV-dən azad edilib

img

14-12-2010 [05:45]


Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsdiqedici sənədi əsasında idxal gömrük rüsumundan və əlavə dəyər vergisindən azad olunan elmi cihazların və avadanlıqların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN) üzrə siyahısını təsdiq edib. Nazirlər Kabinetindən verilən məlumata görə, 2016-cı il yanvarın 1-dək qüvvədə olacaq siyahıda hansı cihazların yer alması barədə məlumat açıqlanmayıb. Qərar AMEA-nın İqtisadi İnkişaf, Maliyyə, Vergilər nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA