iqtisadi inkizaf Nazirliyi xeyli ərzaq və qeyri ərzaq mallarını satızdan çıxarıb

img

14-12-2010 [04:05]


2010-cu ilin yanvar-noyabr ayları ərzində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən 1906 ticarət və ictimai-iaşə obyektində yoxlamalar aparılıb, bu obyektlərin 1582-də qanun pozuntusu aşkar edilib. Nazirlikdən verilən məlumata görə, yoxlamalar zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş və etiketlənməsi, habelə keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 1299,6 ton müxtəlif ərzaq malları, o cümlədən ət və ət məhsulları, şəkər, bal və qənnadı məhsulları, süd və süd məhsulları, balıq məhsulları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər və s. satışdan çıxarılıb. Bu məhsulların 290,7 tonu məhv edilib, 30,3 tonu təkrar emala göndərilib, 615,7 tonu normativ sənədlərin tələblərinə uyğun etiketləndikdən sonra satışa qaytarılıb, 359,5 tonunun insanların qidalanmasında və heyvanların yemlənməsində istifadəsi qadağan olunub, 3,4 tonu ilə bağlı isə araşdırmalar davam etdirilir. Bu dövrdə saxlama müddəti ötmüş, mənşəyi məlum olmayan, etiketlənməsi normativ sənədlərin tələblərinə cavab verməyən 444 ton qeyri-ərzaq malları, o cümlədən yuyucu və təmizləyicilər, kosmetik vasitələr, sement və s. satışdan çıxarılıb. Bu malların 145,3 tonu məhv edilib, 225,1 tonu müvafiq qaydada etiketləndikdən sonra satışa qaytarılıb, 73,6 tonu ilə bağlı isə araşdırma aparılır. Yanvar-noyabr ayları ərzində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə 52 təsərrüfat subyekti barəsində iş qaldırılıb, bu işlərdən 41-nin baxılması başa çatdırılıb və həmin təsərrüfat subyektlərinə yol verdikləri qanun pozuntularına görə 937,7 min manat maliyyə sanksiyası tətbiq edilib. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində 1563 qərar qəbul edilib və bu qərarlar əsasında inzibati xətaya yol vermiş şəxslərə 2151,1 min manat məbləğində cərimə tətbiq olunub. Bu ilin yanvar-noyabr ayları ərzində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin laboratoriyalarında ərzaq mallarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi ilə bağlı 1022 müayinə aparılıb, 321 halda malların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilərək, müvafiq tədbirlər görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA