ARDNŞ noyabr ayında dövlət büdcəsinə 111 mly. manat vəsait ödəyib

img

08-12-2010 [06:10]


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cari ilin noyabr ayında dövlət büdcəsinə 111 milyon 246 min manat vəsait ödəyib. ARDNŞ-dan MİA-ya verilən məlumata görə, 2010-cu ilin yanvar-noyabr aylarında büdcəyə 1 milyard 71 milyon 561 min manat ödənilib. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 135 milyon 261 min manat və ya 114,4% çox olub. Bundan başqa, cari ilin noyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 15 milyon 332 min manat vəsait köçürüb ki, bu da ötən ilin noyabr ayına nisbətən 5 milyon 967 min manat (163,7%) çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-noyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 124 milyon 88 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 milyon 887 min manat (120,2%) çox olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA