çörəyin qiyməti düzməyəcək

img

07-12-2010 [05:08]


Nazirlər Kabinetinin qərarı ilə xarici ölkələrdən Azərbaycana gətirilən buğda və un əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Nəzərə çatdıraq ki, qərarın qəbulu zamanı İqtisadi İnkişaf Nazirliyinin Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Maliyyə, Vergilər Nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifi nəzərə alınıb. Kənd təsərrüfatı nazirliyinin yetkililəri bildirir ki, ƏDV-nin ləğvindən sonra gələcəkdə dünya bazarında ərzaq buğdası bahalaşacağı təqdirdə belə Azərbaycanda un və çörəyin qiymətində artım olmayacaq O da qeyd olunur ki, qərarın tətbiqi çörəyin qiymətinin və unun qiymətinin artmasının qarşısını alcaq. Müqayisə üçün bildirək ki, əgər indiyədək ölkəyə idxal olunan 50 kq-lıq unun kisəsi 19 manata başa gəlirdisə, əlavə dəyər vergisinin ləğvindən sonra bu rəqəm 15,6 manatadək azala bilər. Bu arada rəsmilərin bildirdiyinə görə, hazırda ölkədə 2 milyon tondan çox taxıl ehtiyatı var. Azərbaycanın taxıla olan aylıq tələbatı 135 min ton təşkil edir. İqtisadçı-alim Vüqar Bayramov Nazirlər Kabinetinin məsələlərə çevik reaksiya vermədiyini deyir. Mütəxəssisin sözlərinə görə, əlavə dəyər vergisinin ləğvi yönündə qərar gecikib. Bu səbəbdən də qərarın əhəmiyyəti azalıb:? İqtisadi və Sosial İnkişaf Mərkəzi hələ 2010-cu ilin ortalarında ölkəyə gətirilən buğda və unun əlavə dəyər vergisindən azad edilməsini təklif etmişdi. Təəssüf ki, o zaman Nazirlər Kabineti bu məhsulların əlavə dəyər vergisindən azad edilməsi yönündə qərar qəbul etmədi. Baxmayaraq ki, Kənd Təsərrüfatı Nazırliyi də belə bir qərarın olacağına dair açıqlama yaymışdı?. V.Bayramovun sözlərinə görə, Nazirlər Kabinetinin buğda və unun əlavə dəyər vergisindən azad edilməsi yönündə qərarının gecikməsinin bir sıra neqativ nəticələri olub: ?Əgər Nazirlər Kabineti zamanında sözügedən məhsulların əlavə dəyər vergisindən azad edilməsi istiqamətində qərar versəydi o zaman taxıl idxalı ilə məşğul olanlar ölkəyə ucuz və çox məhsul gətirmiş olacaqdılar. Əlavə dəyər vergisinin götürülməməsi dünya bazarında taxılın ucuz olduğu zamanlarda yerli iş adamlarının daha az həcmdə idxal həyata keçirmələrinə gətirib çıxardı. Misal üçün, hazırda iyun ayı ilə müqayisədə Qazaxıstanda, eləcə də dünya bazarında taxılın qiyməti kifayət qədər qalxıb?. İqtisadçı deyir ki, əslində buğda və unun əlavə dəyər vergisindən azad edilməsi bu məhsulların idxal xərclərinin azalmasına səbəb olacaq: ?Xatırladım ki, buğda və un 18 faizlik əlavə dəyər vergisinə cəlb edilmişdi. Nəzərə alsaq ki, cari ildə taxıl istehsalının azalması Azərbaycanı taxıl idxalından daha çox asılı edib?. V.Bayramov ölkədə çörək və buğdanın qiymətinin düşəcəyini güman etmir: ?Çörəyin qiymətinin ucuzlaşması indiki halda müzakirə edilə bilməz. Çünki çörəyin istehsal xərci kifayət qədər çoxdur. Əlavə dəyər vergisinin ləğvi yalnız son iki ayda dünya bazarındakı qiymət artımlarını sığortalaya bilər. Bu buğdanın xərcinin azalmasına səbəb olmayacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA