imizli regional elektrik idarəsinin qarzısında etiraz aksiyası keçiriləcək

img

07-12-2010 [02:45]


Qış fəslinin başlanması ilə əlaqədar Azərbaycanın ayrı-ayrı bölgələrində əhalinin elektrik, istilik və digər kommunal təminat sahələrindəki vəziyyəti narahatçılıq doğurmağa başlayıb. Rayonlardan alınan məlumatlardan da görünür ki, dünyaya yanacaq ixrac etməsi ilə fəxr edən Azərbaycan iqtidarı bölgələrdə yaşayan vətəndaşlarımızı tamamilə unudub. ADP mətbuat xidmətindən verilən məlumata görə, bu cür növbəti məlumatda İmişli rayonunun mərkəzində və bir sıra digər yaşayış məntəqələrində elektrik enerjisinin verilməsi ilə əlaqədar problemlərdən bəhs olunur. Belə ki, rayonun Koroğlu küçəsində yaşayan bir qrup sakinin bizə ünvanladığı məlumatda bildirilir ki, bu yaxınlarda bütün evlərə smartkartla işləyən sayğaclar quraşdırılıb və bundan sonra həmin evlərə elektrik verilişi kəsilib. Regional elektrik idarəsindən bunun səbəbini öyrənməyə çalışan sakinlərə isə külli miqdarda borclarının olduğu və əhalinin guya borclu olduğu məbləğləri ödəməyəcəyi təqdirdə elektrikin verilməsinin mümkün olmaması bildirilib. Halbuki yeni sayğacların quraşdırılmasından əvvəl hamının işığı yanırdı və kimsənin elektrikə görə borcu yox idi. Rayon sakinləri müraciətlərində daha sonra bildirirlər ki, regional elektrik idarəsində çalışanlar bu idarəyə müraciət edən vətəndaşlarla olduqca kobud rəftar edir, onların suallarına cavab vermək istəmirlər. Bu sırada ən çox fəallıq edənlərdən biri də Şəhadət Bayramov adlı bir məmurdur. Belə ki, Ş.Bayramov abonentlərin problemlərini həll etmək əvəzinə həmkarlarından daha da irəli gedərək şikayətə gələn sakinlərə söyüş söyməkdən, onları təhqir etməkdən belə çəkinmir. Koroğlu küçəsinin sakinləri isə hüquqlarını qorumaq üçün İmişli regional elektrik idarəsinin qarşısında etiraz aksiyası keçirmək fikrindədirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA