Nazirlər Kabineti Novruz, Ramazan, Qurban bayramları haqqında qərar verib

img

03-12-2010 [11:42]


Nazirlər Kabineti 2011-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında qərar verib. NK-nin rəsmi saytının verdiyi məlumata görə, qərar Əmək Məcəlləsinin 105-ci maddəsinə, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına əsasən qəbul edilib. Qərar görə, 2011-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 30, 31 avqust Ramazan bayramı, 6, 7 noyabr Qurban bayramıdır. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA