Parabank plastik kartlar üçün ?Qız Kampaniyası?- nı təqdim edir

img

02-12-2010 [12:27]


Parabank öz müştəriləri üçün plastik kartlarla bağlı 2010-cu il dekabrın 1-dən 2011-ci il yanvarın 31-dək ?Qış Kampaniyası?-nı təqdim edir. ?Qış Kampaniyası? çərçivəsində Gold, Platinum və İnfinite kartları 20% endirimlə təqdim ediləcək. Endirimdən əlavə müştərilər bu plastik kartların üstünlüklərindən də istifadə edə biləcəklər. Parabankın plastik kartlarına sahib olan şəxslər aşağıdakı üstünlüklərdən yararlana biləcək: Faizsiz nağdlaşdırma- 27-dən artıq bankın 1200-dən artıq ATM-lərində və Pos-terminallarında heç bir komissiya ödəmədən nağd pul əldə edə bilər. Bonus cash back xidməti - kart sahiblərinə apardıqları əməliyyatların müqabilində xərclənən məbləğin müəyyən hissəsinin geri qaytarılmasıdır. Mobil Bank xidmətinin- köməyi ilə dünyanın istənilən yerində real vaxt rejimində öz hesablarınıı idarə edə bilərlər. Kredit xətti üçün faizlərin hesablanması müddəti- 37 təqvim günü ərzində xərclədiyiniz məbləği ödəyərkən heç bir faiz tutulmayacaq. Priority Pass- müştərilərə dünyanın 600-dən çox hava limanlarının VİP zallarından istifadə etmək imkanı yaradır. Səfər Sığortası- xaricdə olduğunuz zamanı bədbəxt hadisə baş verdikdə, əlavə xərcə ehtiyac olmur. Konsierj xidməti (Visa İnfinite)- bütün səyahətinizi maksimum planlayır, eyni zamanda Sizin zövq və seçiminizə uyğun təqdim olunan bütün xidmətlərdən istifadə etmək imkanı yaradır. Hotel Club- dünyanın 130 ölkəsində yerləşən kiçik butik tipli mehmanxanalardan tutmuş 5 ulduzlu otel şəbəkəsinədək 50 000-dən artıq oteldə 75%-dək endirim. Pin Change- ödəmə kartının mövcud şəxsi eyniləşmə Pin nömrəsinin müştəri üçün daha yadda qalan kod ilə əvəz edilməsinə imkan yaradır. Card to Card xidməti - bankomatlardan istifadə edərək pul vəsaitlərini bir kartdan digər karta tez və rahat köçürmək imkanı verir. Onu da qeyd etmək istərdik ki, bu plastik kartları əldə etmək üçün heç bir sığorta depoziti və ya əlavə vəsaitə ehtiyac duyulmur. Müştərilər yalnız kartın illik xidmət haqqını ödəyərək bu kartlara sahib ola bilərlər. Müştərilər Parabank-ın ?Qış Kampaniyası??dan yararlanmaq üçün bankımızın bütün filiallarına müraciət edə bilərlər. Əlavə məlumat üçün 139 Banka Zəng xidmətindən istifadə edə bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA