Bakıda mənzilin orta qiyməti isə 115.765 ABŞ dollarıdır

img

30-11-2010 [02:07]


Cari ilin oktyabr ayı ərzində təkrar bazar üzrə bağlanan əqdlərin dinamikası ötən ayla müqayisədə 1,3% azalma ilə yadda qalıb. ?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyindən verilən məlumata görə, ay ərzində ümumi təklif portfelində köhnə mənzillərin payının artması davam edib. Təklifin nisbi artımı mənzillərin qiymət dinamikasının azalmasının qarşısını almayıb. Bazarda təklif sentyabr ayı ilə müqayisədə 1,2% artıb, orta qiymət isə bunun əksi olaraq, 1,2% azalıb. Ümumilikdə araşdırmalar göstərir ki, ipoteka kreditləri hesabına hazırda ən aktiv seqment təkrar mənzil bazarı olsa da, qiymət azalması daha çox bu seqmentdə qeydə alınır. İpoteka kreditləşməsinin təsiri nəticəsində əmlakın bu növü üzrə likvid dəyər qismən sabit qalsa da, risk dərəcəsi hələ də yüksəkdir. Artıq daşınmaz əmlak bazarına dayanıqlı və gəlirli biznes sahəsi kimi baxanların sayı xeyli məhdudlaşıb. Aparılan araşdırmalardan məlum olub ki, təkrar bazarda şəhər üzrə mənzillərin qiymət indeksi qiymətə müvafiq olaraq 1.2% azalıb. Oktyabr ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ay olduğu kimi Xətai, Yasamal, Binəqədi və Nərimanov rayonları olub. Bu rayonların ən vacib cəhəti ipoteka üçün daha səmərəli olmalarıdır. Araşdırmalar göstərir ki, bazarda qiymətlər azaldıqca bu tendensiya tədricən dərinləşməkdə davam edir. Ümumilikdə ipoteka prosesində əməliyyatların əsas çəkisi bu 4 rayonun üzərinə düşür. Bu, həmin rayonlarda əmlak qiymətlərinin ipotekanın normativ tələblərinə uyğunluğu ilə bağlıdır. Təkrar mənzil bazarında qiymət indeksi sentyabr ilə müqayisədə 2,7 bənd azalaraq 198,7 bənd səviyyəsində qərarlaşıb. Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının təklif portfelindəki payı ötən aylarda olduğu kimi mütləq çoxluq təşkil edib və onların ümumi payı 79,6%-ə bərabər olub. Təklif portfelinin strukturunun uzun müddətdir ki, bu 4 rayonun hesabına formalaşmasının əsas səbəbi həmin rayonlar üzrə yeni tikililərin təkrar bazara daxil olması ilə bağlıdır. Aparılan araşdırmalar göstərir ki, ilkin bazarda da təklif portfeli daha çox bu 4 rayonun hesabına formalaşır. Oktyabr ayında qiymət indeksində 2.7 bənd azalma müşahidə edilib. Orta qiymət 1,2% azalaraq ötən ay qeydə alınaraq 1093 $/kv.m-dən 1079 $/kv.m-ə enib. Bazarda mənzillərin 1 kv.m-in orta qiymətindən (1098 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 57,4%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2.56, hər otağın orta satış qiyməti 43196 ABŞ dolları, mənzilin orta qiyməti isə 115765 ABŞ dolları təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA