Azərbaycanda bəzi tikinti materialları ucuzlazıb, bəziləri qıtlazıb

img

30-11-2010 [01:27]


Cari ilin oktyabr ayı üçün paytaxtın tikinti materialları bazarında aparılan araşdırmalar bazarda mövsümə uyğun aktivliyin hökm sürdüyünü deməyə əsas verib. ?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyindən ?Qafqazinfo?ya verilən məlumata görə, səbəb kimi rübün əvvəlində enerji, nəqliyyat, su, bankçılıq, mülkiyyət, aqrobiznes və ümumi sənaye kimi sahələri əhatə edən ölkə və regional əhəmiyyətli layihələrin həyata keçirilməsi, eyni zamanda fərdi sahibkarların inşaat sahəsində yarımçıq qalmış işlərinin davam etdirməsi və yeni investisiyaların yatırılmasını göstərmək olar. Bununla yanaşı, idxal olunan bəzi tikinti materiallarında, xüsusilə dikt və metal bazarında ötən aydan hökm sürən qıtlıq davam edib. Beləliklə, ötən ayda olduğu kimi, oktyabr ayında da tikintinin əsas çəkisini təşkil edən 38 adda 88 növdə materialın qiymət monitorinqi aparılıb. Bu göstəriciyə əsasən yerli bazarda istehsal olunan məhsulların bazardakı ümumi həcmi 53,41%, idxal məhsullarında isə 46,59% təşkil edib. Oktyabr ayı ərzində ötən ayda olduğu kimi, qiymət azalması tendensiyası davam edib. Azalma 0,8% həcmində, xüsusilə metal və taxta məmulatlarında müşahidə edilib. Qeyri-filiz mədən məhsullarında qumun qiymətində azalma nəzərə çarpıb. Artım dikt və şüşə məhsullarında baş verib. Digər tikinti materialları üzrə qiymətlər stabil qalıb. Oktyabr ayında qiymət fərqi ötən ayla müqayisədə 0,8% azalma ilə, ötən rübün müvafiq dövrünə nisbətdə isə 3,2% artımla müşahidə edilib. Fərq göstəricisi 2010-cu ilin yanvar ayı ilə müqayisədə 19,1%, ötən ilin müvafiq dövrü ilə nisbətdə isə 19,6% artım təşkil edib. Oktyabrda yerli istehsal məhsullarının bazardakı ümumi qiymət portfelindəki payı ötən ayla müqayisədə idxal mallarını 3,33 dəfə üstələyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA