ASB CATEL və FONEX ödənizlərinin qəbuluna bazlayıb

img

29-11-2010 [12:56]


Azərbaycan Sənaye Bankı ASC və Silverkey Azərbaycan şirkəti ilə yaradılan əməkdaşlıq əsasında Bankın bütün filiallarında stasionar telefon sahəsində CATEL, mobil operator sahəsində isə FONEX ödənişləri qəbul edilməyə başlanılıb. Bankdan MİA-ya verilən məlumata görə, hazırda bankın filiallarında Azercell, Bakcell, Azerfon- Vodafone, Narmobile, AzTelekom, BTRİB, Bakinternet, Azdatakom, Azərigaz, Azərsu, Bakıelektikşəbəkə xidmətləri üzrə ödənişlər qəbul edilir. Xatırladaq ki, xidmət ödənişlərini filiallardan başqa, Azərbaycan Sənaye Bankının www.asb.az - internet saytı üzərindən online olaraq da ödəmək olar. Ödənişin təsdiqi, ödəniş əməliyyatı bitdikdən sonra, avtomatik olaraq, ekranda göstərilir, lazım olduğu halda isə ödəniş qəbzini çap etmə imkanı da var. Bütün ödənişlər onlayn ? real zaman ərzində işlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA