ipotekada ilkin ödənizin faizi qaldırıldı

img

26-11-2010 [03:22]


Artıq ipoteka almaq istəyənlər tələb olunan ilkin ödəniş kimi alınan əmlakın qiymətinin 15%-ni yox, 20%-ni ödəməli olacaq. Bununla bağlı İpoteka Fondunda ipoteka verilməsi qaydalarında dəyişiklik olub. Digər dəyişikliyə görə, bir ailənin birdən artıq ipoteka krediti götürməsi qadağan olunub. Eyni zamanda ipoteka alarkən ailədə ər və arvad birgə borcalan qismində iştirak edə bilməz. Bir qədər əvvəl də qaydalara edilən dəyişikliyə görə, yaxın qohumlar arasında mənzil alqı-satqısı və ümumi mülkiyyətdəki payı girov qoymaq qadağan olunmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA