?Bank Standard? avtokreditləzmə üzrə ixtisaslazdırılmız ilk filialını açıb

img

23-11-2010 [12:04]


?Bank Standard?ın ?Avtofinans? adlı yeni filialı açılıb. Filial Yeni Yasamal yaşayış massivi, Xarici dairəvi yol, 4 ünvanındakı avtomobil bazarında yerləşir. Bankdanverilən məlumata görə, avtomobil bazarının ərazisində yerləşən yeni filial bankın avtokreditləşmə proqramlarını həyata keçirən mərkəz kimi fəaliyyət göstərəcək. Avtomobil kreditləri sahəsində geniş təcrübəyə malik mütəxəssislərlə yanaşı, yeni filialda həm də qiymətləndirmə və sığorta şirkətlərinin nümayəndələri işləyirlər. Beləliklə, nəqliyyat vasitəsi üçün verilən kreditin rəsmiləşdirilməsi, habelə avtomobili sığortalama prosesi xeyli sadələşdiriləcək və daha az vaxt aparacaq. Məlumat üçün bildirək ki, bu yaxınlarda ?Bank Standard? avtokreditləşmə şərtlərini optimallaşdırıb onları daha əlverişli edib. Proqramın əsas üstünlükləri onun aşağı faiz dərəcələri, kiçik məbləğdə ilkin ödəniş, habelə müştərinin rahatlığını təmin edən bir sıra digər şərtləridir. Bunların arasında istifadədə olmuş nəqliyyat vasitələrini əldə etmək imkanı, tələb olunan sənəd paketinin minimal olması və rəsmiləşdirilmənin sürətli şəkildə həyata keçirilməsi qeyd oluna bilər. Avtokreditləşmə proqramı, demək olar ki, ölkədə rəsmi təmsil olunan bütün avtomobil marka və modellərini əhatə edir. Qeyd edək ki, avtomobil kreditləri sahəsində ixtisaslaşmış olmasına baxmayaraq, yeni filial tam bank xidməti göstərir. ?Avtofinans? filialının iş saatları avtomobil bazarının iş rejiminə uyğunlaşdırılıb. Belə ki, filial bazar ertəsi - cümə axşamı, habelə şənbə günləri normal iş rejimində, saat 9.30-dan 17.00-ə kimi, bazar günü isə saat 10:00-dan 14:00-ə kimi müştərilərə xidmət göstərir. Filialın istirahət günü cümədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA