Azərbaycanda minimum istehlak səbətinin dəyəri artıb

img

11-11-2010 [11:29]


İqtisadi Tədqiqatlat Mərkəzinin (İTM) ekspertləri Azərbaycanın 22 regionunda 2010-cu ilin oktyabr ayı ərzində aparılan qiymətlərin statistik müşahidəsinin nəticələri və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında oktyabr ayı üzrə minimum istehlak səbətinin dəyərini hesablayıblar. Mərkəzin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, həmin hesablamalara əsasən, ötən ay Azərbaycanda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün adambaşına 145,4 manat, pensiyaçılar üçün 135,22 manat, 0-14 yaşlı uşaqlar üçünsə 185,83 manat təşkil edib. Oktyabr ayında əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 87,87 manat, pensiyaçılar 83,07 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 106,7 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 32,43 manat, pensiyaçılar üçün 29,89 manat, 0-14 yaşlı uşaqlar üçün 61,66 manat, xidmət xərcləri isə müvafiq olaraq 22,26 manat, 22,83 manat və 17,47 manat təşkil edib. Xatırladaq ki, ?Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında? Qanunun əsasında ölkədə 2010-cu il üçün yaşayış minimumu 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA