Parabank Sahibkarlar Fondu dəstəyilə konfrans keçirdi

img

10-11-2010 [12:04]


Parabank ASC 5 Noyabr 2010-cu il tarixində Sumqayıt şəhərində Xəzər ASC-nın konfrans zalında Sahibkarlar Fondu dəstəyilə kiçik və orta sahibkarlarları Bankın keçirdiyi konfransa dəvət edib. Konfransda kiçik və orta sahibkarlarla yanaşı, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlar və əhali iştirak etmişdir. Görüşdə Parabankın İctimaiyyətlə Əlaqə şöbəsinin mütəxəssisləri bankın yeni məhsulları və xidmətləri haqqında təqdimat keçirdi. İştirakçıları maraqlandıran sualları Parabankın Sumqayıt filialının peşəkar mütəxəssisləri cavablandırıblar. Bu tədbirin sayəsində Parabankın əməkdaşları müştərilərin və əhalinin maraq və istəklərini dinləyib, gələcəkdə daha keyfiyyətli xidmətlər göstərmək üçün qiymətli məlumat əldə etdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA