Azərbaycan Sənaye Bankı kommunal ödənizləri qəbul edir

img

10-11-2010 [10:41]


Azərbaycan Sənaye Bankı ASC və Silverkey Azərbaycan şirkəti ilə yaradılan əməkdaşlıq əsasında Bankın bütün filiallarında stasionar telefon sahəsində AzTelekom və BTRİB (Bakı Telefon Rabitə İstəhsalat Birliyi), internet provayderləri sahəsində isə Bakinternet və AZdatakom şirkətlərinin ödənişləri qəbul edilməyə başlanılıb. Bankın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, hazırda bankın filiallarında Azercell, Bakcell, Azerfon- Vodafone, Azərigaz, Azərsu, Bakıelektikşəbəkə xidmətləri üzrə ödənişlər qəbul edilir. Xatırladaq ki, xidmət ödənişlərini filiallardan başqa, Azərbaycan Sənaye Bankının www.asb.az - internet saytı üzərindən online olaraq da ödəmək olar. Ödənişin təsdiqi, ödəniş əməliyyatı bitdikdən sonra, avtomatik olaraq, ekranda göstərilir, lazım olduğu halda isə ödəniş qəbzini çap etmə imkanı da var. Bütün ödənişlər onlayn ? real zaman ərzində işlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA