Saxlama müddəti ötmüz 802 kq ərzaq malları satızdan çıxarılaraq məhv edilib

img

04-11-2010 [04:48]


Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Nazirlikdən verilən məlumata görə, monitorinq zamanı Bakının Nəsimi rayonunda M.Rəfili küçəsi, ev 11 ünvanındakı ?Güllər market?də, 20 yanvar küçəsində ?Pərviz market? və ?Rəva market?də, M.Qaşqay küçəsi, ev 41/16, mənzil 2 ünvanında Emin Vəliyevə məxsus mağazada, Azadlıq prospekti, ev 143 ünvanındakı ?Həsən market?də, Moskva prospekti, ev 58 ünvanında Rəfilə Aslanovaya məxsus mağazada, A.Mirqasımov küçəsi, 28 ünvanında yerləşən ?Yeni market?də, M.Qaşqay küçəsi, ev 52, mənzil 4 ünvanında Elbir Mirağayevə məxsus mağazada, S.Vurğun küçəsi, ev 85 ünvanında Xəqani Hümbətova məxsus mağazada, Nərimanov rayonunda X.Şuşinski küçəsi, 60 ünvanında Rövşən Məmmədova məxsus mağazada, M.Əlizadə küçəsi, 942-943-cü məhəllədə Yusif Həsənova məxsus mağazada, S.Vurğun küçəsi, ev 134 ünvanında Vüsal Məhərrəmliyə məxsus mağazada, Təbriz küçəsi, ev 6 ünvanındakı ?Təbriz market?də, F.Xoyski prospekti ilə Ə.Rəcəbli küçəsinin kəsişməsində Əli Fətiyevə məxsus mağazada, Binəqədi rayonunda M.Cəlal küçəsi, 11, mənzil 56 ünvanındakı ?Fərid market?də, 6-cı mikrorayon, keçid 1410, 3215-ci məhəllədə yerləşən ?Rafo martket?də, M.Hüseynov küçəsi, 23 ünvanındakı ?Osman market?də, Abşeron rayonunda Sulutəpə-Hökməli yolunda yerləşən topdansatış obyektində, Göyçay şəhərində Natəvan küçəsində Ruslan Dəmirova məxsus mağazada ümumi çəkisi 802 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı, süd və süd məhsulları, ət məhsulları, konservləşdirilmiş məhsullar, yağlar, uşaq yeməkləri, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA