Neft Fondunun 2010-cu ilin yanvar-sentyabr ayları ərzində 10 milyarda yaxın gəliri olub

img

04-11-2010 [10:38]


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2010-cu ilin yanvar-sentyabr ayları ərzində büdcə gəlirləri 9 578,2 milyon manat, büdcə xərcləri isə 3 944,6 milyon manat təşkil edib. ARDNF-nin mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, 2010-cu ilin yanvar-sentyabr ayları ərzində Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 458,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 9 346,0 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividendlərdən 105,0 milyon manat, tranzit gəlirləri 5,4 milyon manat, akrhesabı ödənişlər 1,2 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 1,1 milyon manat təşkil edib. Ötən 9 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 119,5 milyon manata bərabər olub. Hesabat dövrü ərzində Neft Fondunun 2010-cu il büdcəsinin icrası çərçivəsində 3 625,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 80,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 109,6 milyon manat və 112,1 milyon manat vəsait ayrılıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 3,8 milyon manat vəsait ayrılıb, 2,9 milyon manat ?Bakı-Tbilisi-Qars yeni dəmir yolu? layihəsinin maliyyələşdirilməsinə yönəldilib. 2010-cu ilin 9 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 11,2 milyon manat olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərcləri 164,9 milyon manat təşkil edib. 2010-cu il oktyabrın 1-ə Fondun aktivləri ilin əvvəlinə (14 900,4 milyon ABŞ dolları) nisbətən 45,8 % artaraq 21 720,8 milyon ABŞ dollarına bərabər olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA