"Azərbaycanda bahalazma davam edir"

img

04-11-2010 [10:25]


Bu ilin oktyabr ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri sentyabr ayı ilə müqayisədə 0,9 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində ərzaq məhsullarının qiymətləri 1,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,9 faiz bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,2 faiz ucuzlaşıb. Ötən ay ərzaq məhsullarından buğda ununun, qarabaşaq yarmasının, çörək məhsullarının, makaron məmulatlarının, mal və qoyun ətinin, toyuq və toyuq budunun, təzə balığın, südün, xamanın, pendirin, yumurtanın, kərə yağının, bitki yağlarının, bananın, armudun, heyvanın, xurmanın, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun qiymətləri bahalaşıb. Eyni zamanda ay ərzində bahalaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunub ki, bu əsasən düyünün, əlavə toyuq məhsullarının, limonun, portağal və naringinin, almanın, narın, şabalıdın, kələmin, göyərtinin, çuğundurun, kökün qiymətlərində qeydə alınıb. Payız mövsümü ilə əlaqədar olaraq geyim və ayaqqabıların qiymətlərində müşahidə olunan bahalaşma davam edib. Bundan əlavə ay ərzində inşaat materiallarından boyaların, divar üçün kağızların, pəncərə şüşəsinin, kəsilmiş taxtaların, ağac yonqar və lifli lövhələrin, kərpicin, mebellərdən mətbəx üçün mebelin, yataq və qonaq otaqları üçün mebel dəstinin, yumşaq mebel dəstinin qiymətləri bahalaşıb. Bahalaşma ilə yanaşı oktyabr ayında yarımyun parçanın, qadın üçün yay yubkasının, qısaqol köynəklərin, inşaat materiallarından su tənzimləyici cihazların, vannaların, sementin qiymətləri ucuzlaşıb. Oktyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində bahalaşma, MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində isə ucuzlaşma müşahidə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA