?unibank? kart hesabları üzrə əməliyyatlari prosessinq mərkəzi ilə sinxronlazdırdı

img

03-11-2010 [11:18]


?Unibank? Azərbaycan bankları arasında ilk dəfə olaraq ?Millikart? prosessinq mərkəzi ilə real vaxt rejimində kart hesabları üzrə əməliyyatların tam sinxronlaşdırılmasına nail oldu. İndi Bankın hər bir müştərisi istər kart hesabındakı vəsaitlərin artırılmasını, istərsə də plastik kartlarla kredit əməliyyatlarını daha operativ şəkildə yerinə yetirə bilər. Eyni zamanda onlar bank iş günü ərzində öz kart hesablarındakı qalıqlar və dövriyyədən çıxarılan vəsaitlər barədə məlumatları təzələyə biləcəklər. Bu cür əməliyyatların yerinə yetirilməsi üçün avtomatlaşdırılmış bank sistemində ?Millikart? prosessinq mərkəzindən müəyyən məlumatların sorğulanması və kart hesablarında kifayət qədər vəsaitlərin olub-olmaması təyin edən bir neçə tətbiqi modul işə salınmışdır. ?Proqram təminatının yeni funksional imkanları ilk dəfə olaraq müştərilərə filialların kassaları vasitəsilə kartdan nağd pul vəsaiti çıxarmaq imkanı verir?, - deyə Bankın İnformasiya Texnologiyalari Departamentinin rəhbəri Aleksandr Dzekelev bildirdi. Onun sözlərinə görə, bütün ?Unibank? plastik kartları sahibləri bundan sonra kart hesablarından qeyri-kart hesablarına ödənişləri, banklararası və beynəlxalq nağdsız ödənişlər də daxil olmaqla, on-layn rejimində həyata keçirəcəklər. Bundan başqa, Bankın hər bir müştərisi öz kart hesablarının filialların kassaları vasitəsilə kreditləşdirilməsini yerinə yetirmək imkanı əldə edir. Ən yaxın zamanda isə ?Unibank? plastik kart sahibləri bütün bu əməliyyatları, vəsaitlərin artırılması, onların konvertasiyası, bloka alınması da daxil olmaqla, Banka baş çəkmədən belə, İnternet-bankinq sistemi vasitəsilə, apara biləcəklər. Xatırladaq ki, ümumiyyətlə ?Unibank? ASC ?MasterCard? və ?VISA International? beynəlxalq ödəniş sistemlərinə aid 60 mindən artıq plastik kartının emissiyasını həyata keçirib. ?MasterCard?da və ?VISA International?da ekvayer statusuna malik olmaqla yanaşı, Bank həm də ?Millikart? prosessinq mərkəzinin təsisçilərindən biridir. Onu da qeyd etmək lazımdır ki, ötən ay ?Unibank? ?VISA Infinite? və ?VISA Business? VSDC (çipli) kartlarının ?VISA International? beynəlxalq ödəniş sistemində emissiyası üzrə sertifikasiya layihəsini başa çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA