?MBASK? zirkəti növbəti sığorta ödənizini həyata keçirib

img

03-11-2010 [10:20]


Azərbaycanın ?MBASK? sığorta şirkəti ?Nissan Tiida? avtomobilinin sığortaçısına 10 min manat həcmində iri sığorta ödənişi həyata keçirib. Şirkətin baş ofisindən verilən məlumata görə, cari ilin əvvəlindən şirkət öz müştərilərinə 2,635 mln. manatdan artıq ödəniş həyata keçirib ki, bunun da 1,791 mln. manatdan çoxu (68%) avtonəqliyyat vasitələrinin sığorta olunması üzrə polislərin ödənilməsinin payına düşüb. Qeyd edək ki, ?Client Care? xidmətinin həyata keçirilməsi çərçivəsində ?MBASK? şirkəti sənədlərin toplanması şərtlərini və sığorta ödənişlərinin həyata keçirilməsi prosesini əhəmiyyətli dərəcədə yüngülləşdirib. Belə ki, ?MBASK? öz korporativ müştərilərinə müvafiq dövlət orqanlarından sənədlərin toplanması ilə yanaşı özəl müştərilərə VİP xidməti də göstərir. Xatırladaq ki, ?MBASK? sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasında ?AXA Group?un törəmə müəssisəsi olan ?AXA Seguros Generales? (51%) və Eldar Qəribov (49%) çıxış edir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA