?flydubai? zirkəti Türkmənistana və Səudiyyə Ərəbistanına uçuzlara bazlayır

img

02-11-2010 [10:46]


Dubayın ilk qənaətcil hava yolları olan ?flydubai? şirkəti daha iki təyinat məntəqəsinə: Əbha (Səudiyyə Ərəbistanı) və Aşqabad (Türkmənistanın paytaxtı) şəhərlərinə uçuşlara başladığını elan edib. Bununla da şirkət təyinat məntəqələrinin sayını 28-ə çatdıracaq. Əbha və Aşqabada uçuşlar bu ayın sonunda başlayacaq. ?flydubai? şirkətinin Baş Direktoru Qeyt Əl Qeyt deyib: ?Çox şadıq ki, bu gün biz bu cür iki müxtəlif, lakin çox vacib təyinat məntəqələrinə uçuşlara başladığımızı elan edə bilirik. ?flydubai? şirkətinin Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Əbhaya uçuşları bu şəhərlə Birləşmiş Ərəb Əmirlikləri arasında ilk birbaşa hava reysləri olacaq və biz əminik ki, bu marşruta tələbat böyük olacaq?. ?Bizim ikinci yeni marşrutumuz Azərbaycanın paytaxtı Bakıdan şərqdə, Xəzər dənizinin digər sahilində yerləşən Türkmənistanın paytaxtı Aşqabad şəhəridir. Keçən ildən etibarən Bakıya başlayan uçuşlar sübut etdi ki, bu çox yaxşı marşrutdur və biz inanırıq ki, Aşqabad da ?flydubai? şirkəti üçün uğurlu bir istiqamət olacaq. Orta Asiya inkişaf edən bazardır və bu regionun ölkələri çiçəklənir, beynəlxalq biznesi və turizmi cəlb edirlər?. Dubaydan Əbhaya uçuşlar noyabrın 23-də başlayacaq. Uçuşlar həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günlərində həyata keçiriləcək. 2011-ci il yanvarın 17-dən etibarən isə uçuşlar hər gün həyata keçiriləcək. Dubaydan Əbhaya biletin qiyməti 123 ABŞ dolları təşkil edəcək. Əbhadan Dubaya isə biletin qiyməti 122 ABŞ dolları olacaq. Aşqabada uçuşlar noyabrın 23-də başlayacaq və həftə iki dəfə olacaq. Dubaydan Aşqabada bilet 279 ABŞ dolları, Aşqabaddan Dubaya biletin qiyməti isə 285 ABŞ doları təşkil edəcək. Biletləri ?flydubai? şirkətinin İnternet səhifəsi (www.flydubai.com) yaxud səyahət agentlikləri vasitəsilə sifariş etmək olar. ?flydubai? şirkətinin modeli sadədir ? sərnişinlər yalnız əldə etmək istədikləri xidmətə görə pul ödəyirlər. Biletin qiymətinə bütün vergilər və çəkisi 10 kiloqrama qədər olan bir ədəd əl çantası daxildir. Əlavə 17 ABŞ doları ödəməklə sərnişinlər çəkisi 32 kiloqrama qədər olan yükü qeydiyyatdan keçirə bilərlər. 27 ABŞ dolları ödəməklə sərnişinlər ayaqlar üçün əlavə sahəsi olan yer ala bilərlər. ?flydubai? şirkəti Beynəlxalq Dubay Aeroportunun modernləşdirilmiş və genişləndirilmiş 2 saylı terminalında fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA