Azərbaycanın avtomobil bazarında aktivlik qeydə alınıb

img

29-10-2010 [03:48]


?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyi (?ƏBİ? İB) monitorinq qrupunun sentyabr ayında avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə, bazarda mövsüm üçün xarakterik olan nisbi aktivlik qeydə alınıb. Sentyabrda müşahidə olunan nisbi aktivlik təklifin tələbi kəskin üstələməsi hesabına bağlanan əqdlərin dinamikasına və qiymətlərə müsbət təsir göstərməyib. Sentyabr ayında avtomobil bazarında ili köhnə olan avtomobillərin hesabına təklifin kəskin artımı (11,9%) müşahidə olunmuşdur. Təklifin tələbi üstələmə tendensiyası ay ərzində bir qədər də dərinləşmişdir. Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında əvvəlki ayla müqayisədə nisbi artım qeydə alınıb. Bu, bağlanan əqdlərin dinamikasına müsbət təsir göstərməsə də, mövsümlə əlaqədar olaraq qiymətlərin artımı proqnozlaşdırılır. Vəziyyətdən istifadə edən sahibkarlar qiymət artımı ilə bağlı spekulyativ açıqlamalar versə də, monitorinqin nəticələrində qiymət artımı müşahidə olunmamışdır. Sentyabrda bazarda orta qiymət əvvəlki ayla müqayisədə stabil qalmış və 14985 dollar təşkil etmişdir. Bazarda müşahidə olunan nisbi aktivlik sentyabr ayında avtomobillərin ekspozisiya müddətinin artmasının qarşısını almamışdır. Ekspozisiya müddətinin artması, eyni zamanda əmlakın bu növü üzrə dövlət tərəfindən qəbul edilən bəzi qərarlar bir əmlak növü kimi avtomobilə olan marağın azalmasına səbəb olmuş, bu isə əmlakın bu növü üzrə risk dərəcəsini artırmışdır. Avtomobillərin likvidlik əmsalı son 3 illə müqayisədə ən aşağı həddə düşmüşdür. Ay ərzində təkrar avtomobil bazarında araşdırma predmeti olan 10000-ə yaxın avtomobilin cəmi 27,6%-i bazara məhz sentyabr ayı ərzində təklif olunub. Qalan 72,4%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Bu isə idxalın azalması ilə yanaşı, alıcılıq qabiliyyətinin aşağı düşməsi və tələbin kəskin azalması ilə əlaqələndirilir. Əvvəlki 5 ay ərzində köhnə avtomobillərin bazara kütləvi axın tendensiyası sentyabr ayında bir qədər də kəskin hal almış və sentyabrda bazarda ən yüksək təklif əmsalı qeydə alınmışdır. Üç ildən artıqdır ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası ?Mercedes-Benz?in təklif üzrə payı əvvəlki ayla müqayisədə 10.5% artmış, bu markanın ümumi portfeldə payı 35,1% təşkil etmişdir. Ümumilikdə ay ərzində ümumi təklif portfelini formalaşdıran 9 markanın hamısı üzrə təklif artımı qeydə alınmışdır. Təklif üzrə ən cox artım istismarda olmuş Almaniya istehsalı olan avtomobillər üzrə qeydə alınmışdır. Buna baxmayaraq araşdırmalar göstərir ki, ötən aylarda olduğu kimi ?Mercedes-Benz? ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur. Ümumilikdə 9 markanın təklif üzrə payı 85,2% təşkil edib. Yerdə qalan 14,8% isə 20-dən artıq şirkətin istehsalı olan 85-ə yaxın avtomarka arasında bölünür. Təkrar bazara təqdim olunan avtomobillərin illər üzrə bölgüsündə ötən ayla müqayisədə ciddi dəyişikliklər baş vermişdir. Sentyabrda təklif portfelində yenidən ili köhnə olan avtomobillərin artımı müşahidə olunmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA