?Unibank? ekspress-kreditləzdirilmənin keyfiyyətcə yeni modelinə keçib

img

28-10-2010 [11:15]


?Unibank? ekspress-kreditləşdirilmənin keyfiyyətcə yeni modelinə və bütün filial şəbəkəsi üzrə risklərin operativ sürətdə təhlilinə keçib. ?Unibank?dan MİA-ya verilən məlumata görə, bankın mütəxəssisləri ?F-Line Technologies? (FLT) şirkətinin dəstəyi ilə unikal ?UCAS? (Unibank Credit Analytical System) analitik sisteminin tətbiq edilməsi üzrə işləri başa çatdırıblar. Yeni sistem kredit riskləri şöbəsinin əməkdaşları tərəfindən kredit sifarişlərinin işlənməsinin sürətləndirilməsi və borcalanların kredit qabiliyyətinin qiymətləndirilməsi alqoritmində daha mürəkkəb hesablamaların nəzərə alınması məqsədilə hazırlanıb və tətbiq edilir. Təhlil üçün zəruri olan bütün məlumatları, maliyyə göstəriciləri, kredit tarixçəsi, kreditin alınması üçün sifarişlər də daxil olmaqla, ?UCAS? sistemi avtomatik olaraq, kredit müfəttişləri tərəfindən daxil edilən elektron memorandumdan oxuyur. Bu layihə Bankın memorandumların elektron sənəd dövriyyəsi və kredit müqavilələrinin vahid analitik informasiya sistemində aparılması praktikasına keçidinin həyata keçirilməsi üçün reallaşdırılıb. ?UCAS? kredit sifarişlərinə, müştərinin fəaliyyət növündən, onların biznesinin miqyasından və ya yerləşdiyi yerdən asılı olmayaraq, unikal yanaşmanı təmin edir. ?UCAS? proqramına dair Bankın müstəsna müəlliflik hüququ artıq Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində qeydiyyata alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA