iqtisadi inkizaf Nazirliyində kollegiya iclası keçirilib

img

26-10-2010 [09:57]


Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının geniş iclası keçirilib. Nazirlikdən MIA-ya verilən məlumata görə, iclasda dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında prezidentin tapşırıqlarına uyğun olaraq İqtisadi İnkişaf Nazirliyi tərəfindən görüləcək işlər müzakirə edilib. İclasda həmçinin, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və prioritet istiqamətlər, yeyinti məhsullarının Avropa İttifaqına ixracı ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr, Nazirlikdə vətəndaşların müraciətlərinə baxılması işinin və Elektron İdarəetmə Sisteminin tətbiqi vəziyyəti müzakirə olunub. Kollegiyanın gündəliyindəki məsələlərlə bağlı hesabat məruzələri dinlənilib, müzakirə edilən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Kollegiya iclasında prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısının çıxışından irəli gələn vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması barədə qərar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA