?Bank Standard?: 2010-cu ilin doqquz aylıq yekunları

img

25-10-2010 [11:29]


?Bank Standard? 2010-cu ilin doqquz ayı ərzindəki fəaliyyətinin yekunlarını açıqlayıb. Bankdan MİA-ya verilən məlumata görə, 2010-cu il sentyabr ayının 30-na ?Bank Standard? öz aktivlərinin ümumi həcmini 589.4 mln. manata (734,2 mln. ABŞ dollarına) çatdırıb ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 14% və ya 71 705 min manat artım təşkil edir. Müddətli depozit portfelinin ümumi həcmi 2009-cu ilin sonu ilə müqayisədə 100.95 mln. manat və ya 80% artaraq sentyabrın 30-u tarixinə 227.3 mln. manat (283,2 mln. ABŞ dolları) təşkil edib. Müştərilərə ayrılan kreditlərin həcmi 369,2 mln. manat (460.0 mln. ABŞ dolları) təşkil edib. 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə həmin göstərici 9% (29 137 min manat) artıb. Müştərilərin cari hesablarında olan vəsaitlərin həcmi həmin tarixə 43.5 mln. manat (54.2 mln. ABŞ dolları) təşkil edib. 2009-cu ilin sonu ilə müqayisədə bu göstərici 2.09 mln. manat və ya 5% artıb. Hesabat dövrü ərzində ?Bank Standard? öz nizamnamə kapitalını 10.44 mln. artıraraq 75 mln. manata (93,4 mln. ABŞ dollarına) çatdırıb. ?Bank Standard? üçün cari ilin ən əhəmiyyətli hadisələrindən biri, nizamnamə kapitalının 10 mln. manat həcmində artaraq 75 mln. manat təşkil etməsi olub. Digər hadisəsi isə bankın aktivlərinin ümumi həcminin 589.4 mln. manat səviyyəsinə çatmasıdır. İlin əvvəlindən müddətli depozit portfelinin həcmi 2 dəfə (80%) artıb. Sentyabr ayının sonuna 227.3 mln. manat səviyyəsində qeydə alınan bu göstərici ölkənin özəl bankları arasında ən yüksək göstəricilərdən biridir. Hesabat dövrü ərzində ?Bank Standard?ın Azərbaycan İpoteka Fondunun xətti ilə verdiyi ipoteka kreditlərinin ümumi həcmi 20,3 mln. manata çatıb ki, bu da 2009-cu ilin müvafiq göstəricisindən 3,4 mln. manat çoxdur. Eyni zamanda ölkədə ipoteka kreditləşməsi başladığından bəri bank öz ipoteka proqramları çərçivəsində ümumi sayı 160 təşkil edən cəmi 6 mln. manat həcmində ipoteka kreditləri verib. Cari ildə ?Bank Standard? ?ABU Park? yaşayış kompleksi ilə birgə aşağı faiz dərəcəli (illik 12,5%) və uzun müddətli (maksimum 25 il) yeni xüsusi ipoteka proqramını tətbiq edib.2010-cu ilin üçüncü rübündə ?Bank Standard?ın isteklak kreditləri siyahısına bir necə yeni məhsul əlavə olunub. Avtomobil kreditləşməsi portfelinin ümumi dəyəri 20 mln. manat səviyyəsini aşıb. Cari ilin 3-cü rübü ərzində ?Bank Standard? daha iki beynəlxalq pul köçürmə sisteminə qoşulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA