06-06-2018 [18:32]
O, Azərbaycanın qeyrətli oğullarından olan, Vətən yolunda igidliklə vuruşaraq, həlak olmuş şəhid kimyaçı, o zamankı "Sintezkauçuk" zavodunun işçisi Əhməd Teymur oğlu Məmmədovun oğludur.
Bu gün onun - istedadlı gənc həmkarımız, populyar saytlardan birinin rəhbəri Zaur Əhmədin Ad günüdür, 35 yaşı tamam olur! Onu bütün dost-tanışlar adından təbrik edir, həyatının bütün sahələrində və yaradıcılığında yeni uğurlar arzulayırıq!
...Zaurun atası Əhməd Məmmədov könüllü olaraq cəbhəyə, azğın düşmənlə döyüşlərə yollananda 3 uşaq atasıydı. Getməyə bilərdi. Ancaq getməyə bilmədi, ürəyi daim ordaydı - Qarabağda, böyüyüb boya-başa çatdığı Cəbrayılda, qəlbinin sevgisi olan müqəddəs Şuşada! Onu hərbi komissarlıq yox, Vətən çağırmışdı. Az qala diz çöküb övladlarından imdad diləyən Vətənin, o ağsaçlı, qəlbi para-para olmuş o müqəddəs ANA-nın çağırışını qəbul etməmək olardımı? Getdi və igidliklər göstərərək, son nəfəsinədək vuruşduğu ağır döyüşlərdən birində həlak oldu, şəhidlik zirvəsinə ucaldı. Vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirərək, həm ailəsinin, bütün nəslinin, həm də doğma yurdu Cəbrayılın, bir vaxtlar xoşbəxtliyini tapdığı, düşmənə göz dağı olan Sumqayıtın adını, başını ucaltdı...
İsti nəfəsindən, sevgisindən-məhəbbətindən doymadığı atası döyüş meydanında həlak olanda Zaurun cəmi 10 yaşı vardı, atası isə Zaurun bugünkü yaşında idi. 10 gün olardı ki, döyüş dostları gecədən xeyli keçmiş Vətənin bir parça çörəyi, bir udum suyu, bir udum həyat bəxş edən havası ilə 35 yaşını qeyd etmiş, onunla birgə qələbə ilə Cəbrayılda, Ağdamda, Şuşada, Laçında, Kəlbəcərdə... olmağı arzulamışdılar. Heyf ki, bu arzu elə arzu olaraq qaldı...
Sumqayıtlılar, şəhərimizin kimyaçıları - Zaurun atası kimi anası Firəngiz xanımın da çalışdığı "Azərikimya" kollekrtivi bütün şəhid kimyaçılarla birgə Vətənin igid oğlu Əhməd Məmmədovun da xatirəsini əziz tutur, iki il əvvəl Etilen-polietilen zavodunun qarşısında onların şərəfinə ucaltdıqları Şəhidlər abidəsini daim gül-çiçəyə qərq edirlər.
...Nə yaxşı ki, Zaur şəhid atasının adını bu gün şərəflə doğruldur. O, atasından sonrakı ağrılara-acılara, çətinliklərə baxmayaraq, oxudu, ali təhsil aldı, hələ çox gənc olmasına baxmayaraq, respublikamızın nüfuzlu jurnalistlərindən biri kimi tanındı. O da bu gün ön cəbhədədir - ideoloji cəbhədə. Erməni təbliğatına, haqsızlıqlara qarşı mübarizə onun amalı, həyat devizidir. Yeri düşdükcə, vəzifəsindən asılı olmayaraq, naqis adamlara, azğın məmurlara sözünü mətbuatda bütün kəskinliyi ilə deyir, haqqı-ədaləti tapdalayanlara, imkansız, kasıb təbəqənin hüquqlarına hörmət etməyənlərə qarşı qətiyyətlə mübarizə aparır. Onun buna tam mənəvi haqqı vardır - atasının uğrunda ürəyini-canını verdiyi bu Vətənin hər bir övladının, hər bir ailəsinin qayğısı, problemi onun da narahatlığıdır. Vətənin, xalqın kədəri onun kədəri, uğuru, sevinci isə həm də onun uğuru, onun sevincidir!
Zaur bəy, Ad gününüz münasibətilə Sizi bir daha təbrik edir, bütün əzizləriniz, doğmalarınızla birgə daim xoşbəxt yaşamağı və xoşbəxt bir gündə indi daha da qüdrətli olan Milli Ordumuzun böyük Qələbə yürüşü ilə doğma ATA yurduna qayıdıb, onun şəhid ruhunu sevindirməyinizi arzulayırıq!
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb